Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bu müəllimlərə yüksək maaş və pulsuz ev verilə bilər

Bu müəllimlərə yüksək maaş və pulsuz ev verilə bilər

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur".

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib:

"Ucqar kəndlərdə dərs sayları az olmasına görə müəllim çatışmazlığı olur”. 

Qeyd edək ki, bölgələrdə hazırda müəllim çatışmazlığı olan məktəblər var. Hətta həmin məktəblərdə bir müəllimin bir neçə fənni tədris etdiyi də deyilir.

Bu baxımdan, yalnız müəllim çatışmazlığı olan bölgələrə təyinat tətbiq etmək mümkündürmü və onlara indi qüvvədə olan güzəştlərdən daha fərqli güzəştlər verilə bilərmi? 

Təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin “Azərbaycanda müəllim çatışmazlığı yoxdur” bəyanatı ölkə üzrə vəziyyətə dair ümumiləşdirilmiş yanaşmadır:

“Bununla belə, ucqar bölgələrdə real vəziyyət fərqlidir və bəzi sahələrdə müəllim çatışmazlığı ciddi problem olaraq qalır. Bu problem əsasən riyaziyyat, fizika, xarici dillər və musiqi kimi ixtisaslar üzrə özünü göstərir. Çatışmazlıq səbəbindən bəzi məktəblərdə müəllimlər bir neçə fənni tədris etməyə məcbur qalırlar ki, bu da tədrisin keyfiyyətinə mənfi təsir edir”. 

O bildirib ki, ucqar bölgələrdə müəllim çatışmazlığının əsas səbəblərindən biri maaşların və güzəştlərin yetərli olmamasıdır: 

“Bölgələrdə işləyən müəllimlər çox zaman aşağı əməkhaqqı ilə yüksək yaşayış xərclərini qarşılamalı olurlar. Yol, kommunal xidmətlər və digər ehtiyacların yüksək xərc tələb etməsi bölgələrdə işləmək istəyən müəllimlərin sayını azaldır. Bundan başqa, ucqar ərazilərdə infrastrukturun zəif olması, məktəblərin şəraitinin müasir standartlara cavab verməməsi, internet və rabitə imkanlarının məhdudluğu bu problemi daha da ağırlaşdırır. Yaşayış şəraitinin çətinlikləri də müəllimlərin ailələrini bu ərazilərə gətirməsini çətinləşdirir, nəticədə onlar şəhər yerlərində işləməyi üstün tuturlar.

Statistik məlumatlar göstərir ki, ölkənin şimal-qərb və cənub bölgələrində müəllim çatışmazlığı daha çoxdur. Quba və Qusar kimi dağlıq ərazilərdə, həmçinin Masallı və Lənkəranda xarici dil və dəqiq elmlər üzrə müəllimlər çatışmır. Çatışmazlığın nəticəsi olaraq, bəzi məktəblərdə bu fənlər ya ümumiyyətlə tədris olunmur, ya da qeyri-ixtisaslı kadrlar tərəfindən öyrədilir. Bu vəziyyət həm şagirdlərin təhsildən əldə etdiyi faydanı azaldır, həm də bölgələrarası təhsil bərabərsizliyinə səbəb olur”. 

Ekspertin sözlərinə görə, ucqar bölgələrdə müəllim çatışmazlığını həll etmək üçün dövlət səviyyəsində müxtəlif həvəsləndirmə tədbirləri tətbiq olunsa da, bu tədbirlər kifayət etmir:

“Müəllimlərin əməkhaqqına edilən H1 və H2 əlavələri müəyyən bir qədər həll yolu təqdim etsə də, bu məbləğ artan xərcləri tam qarşılamır. Eyni zamanda, mənzil kompensasiyası və ya yol xərclərinin ödənilməsi kimi tədbirlər kifayət qədər geniş tətbiq olunmur. Bəzi müəllimlər üçün verilən əlavə güzəştlər yalnız məhdud dövrü əhatə edir və uzunmüddətli həll üçün kifayət etmir.

Bu problemin effektiv həlli üçün kompleks yanaşma tələb olunur. Müəllimlərin ucqar bölgələrə könüllü getməsini təmin etmək üçün xüsusi stimullaşdırma mexanizmləri tətbiq edilməlidir. Məsələn, ucqar ərazilərdə işləmək üçün daha yüksək maaş əlavələri, pulsuz mənzil təminatı, kommunal xidmətlərin dövlət tərəfindən ödənilməsi və ya erkən təqaüd hüququ kimi tədbirlər həyata keçirilə bilər. Eyni zamanda, məktəblərin infrastrukturu təkmilləşdirilməli, müasir avadanlıqlar və yüksək sürətli internetlə təmin edilməlidir. Bu, müəllimlər üçün daha rahat iş şəraiti yaratmaqla yanaşı, şagirdlərin də daha keyfiyyətli təhsil almasına imkan verər.

Ucqar bölgələrdə müəllim çatışmazlığının aradan qaldırılması yalnız təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün deyil, həm də həmin bölgələrdə sosial-iqtisadi inkişafın təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Müəllimlər üçün yaradılan əlavə güzəştlər və şərait onların bölgələrdə daha uzun müddət fəaliyyət göstərməsini təmin edəcək.

Bu da bölgələrarası bərabərsizliyi aradan qaldırmağa və ölkə təhsil sisteminin ümumi keyfiyyətini artırmağa imkan verəcək. Bu yanaşma həm də gənc müəllimlərin iş həyatına daha yaxşı inteqrasiya  və onların pedaqoji potensialının tam realizə edilməsini təmin edəcək. Belə tədbirlər həm qısa, həm də uzunmüddətli perspektivdə ölkə təhsili üçün böyük irəliləyişlərə yol aça bilər”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri