Icma.az
close
up
RU
Müəllimlərin geyimi hansı formada olsun? AÇIQLAMA

Müəllimlərin geyimi hansı formada olsun? AÇIQLAMA

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda təhsilverənlərin vahid geyim forması ilə bağlı hüquqi əsas yaradılır. Bu, “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.

Həmçinin, təklif olunan dəyişikliklərə əsasən, təhsilalanların müəyyən edilmiş geyim qaydalarına riayət etməsinin təmin olunması ilə bağlı valideynlərin və digər qanuni nümayəndələrin vəzifələri dəqiqləşdirilir.

Maraqlıdır, məktəblərdə vahid formaya keçid nə dərəcədə doğrudur? Bu addımı zəruri edən əsas amillər hansılardır?

Təhsil eksperti Elçin Əfəndi Ölkə.az-a açıqlamasında bildirib ki, vahid geyim formasına keçilməsi müsbət haldır:

“Vahid geyim formasına keçilməsinin gözəl bir görüntü yaradacağını düşünürəm. Bu, sosial bərabərlik baxımından vacib elementdir. Eyni zamanda, ümumi təlim-tərbiyə prosesinə də müəyyən qədər müsbət təsir göstərəcək.

Burada fərqləndirmə məsələsi var. Məsələn, indiyə qədər adi geyimlərə üstünlük verilirdi. Daha çox zinət əşyaları, geyimlər və digər bu kimi amillər müəllimləri bir-birindən fərqləndirirdi. Belə deyək ki, biri daha bahalı, digərləri isə sadə geyimlər geyinirdi. İndi isə vahid geyim formatında hər kəs eyni geyimi geyinəcək və burada sosial bərabərlik qorunub saxlanılacaq.

Digər tərəfdən, artıq qarşıdan gələn şəxsin müəllim olduğunu bilirik. Burada bu kimi amillər var və ona görə də qəbul olunan prosesdir. Bu, təkcə bizim ölkədə tətbiq olunmur. Dünyanın inkişaf etmiş ölkələrində də müəllimlər üçün vahid geyim forması və ya "dress-cod" tələbləri tətbiq olunur”.

Ekspert vurğulayıb ki, geyim öz yerində, təhsildə əsas məsələ keyfiyyətin daha da artırılmasıdır: “Təhsilin keyfiyyətinə daha çox diqqət ayırsaq, bu, ümumi təhsil göstəricilərimizin artmasına gətirib çıxarar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyun 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri