Icma.az
close
up
RU
Müəllimlərin işi ilə bağlı yeniliklər olacaq AÇIQLAMA

Müəllimlərin işi ilə bağlı yeniliklər olacaq AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

2027–2030-cu illərdə Azərbaycanda müəllimlərin məşğulluq modeli dəyişəcək. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, saat hesabı və yarımştat dərs yükü əvəzinə istəyən müəllimlər üçün daimi, tam-ştatlı iş yerləri yaradılacaq. Bu sistemə keçən müəllimlər rəqabətli və daha yüksək əməkhaqqı alacaqlar. Onların həftəlik dərs yükü 18-24 saat olacaq, qalan iş vaxtı isə valideynlərlə görüşlərə, şagirdlərlə işə və digər təhsil fəaliyyətlərinə sərf ediləcək. Yeni ştatlara yalnız sertifikasiyada yüksək bal toplamış müəllimlər qəbul olunacaq.
Bu barədə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlama verib.
O bildirib ki, hazırda yeni modelin mahiyyəti, tətbiq mexanizmi və gözlənilən nəticələri barədə geniş məlumat mövcud deyil. 
“Təhsil kimi strateji sahədə fundamental dəyişikliklərin eksperiment xarakterli olmaması vacibdir. Bu cür qərarlar geniş araşdırmalara, təhlillərə, statistik hesablamalara və beynəlxalq təcrübənin öyrənilməsinə əsaslanmalıdır. Müəllimlərin məşğulluq modelinin dəyişdirilməsi ciddi və sistemli bir islahatdır. Bu dəyişikliklərin hansı tədqiqatlara əsaslandığı, təhsilin keyfiyyətinə necə təsir edəcəyi, hansı üstünlüklər və ya risklər yaradacağı barədə ictimaiyyətə açıq məlumat verilməyib. Eyni zamanda, bu modelin tətbiqi üçün zəruri infrastrukturun və qiymətləndirmə mexanizmlərinin hazır olub-olmaması da sual doğurur. Qərarların qəbulunda təhsil ictimaiyyətinin, müəllimlərin, ekspertlərin və mütəxəssislərin rəylərinin öyrənilməsi vacibdir. Belə görünür ki, geniş ictimai müzakirə keçirilməyib və ya keçirilibsə belə, bu barədə açıq informasiya paylaşılmayıb. Nəticədə müəllimlər arasında narahatlıq və bəzən aqressiv reaksiyalar müşahidə olunur. Elm və Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən əsas icra orqanıdır və fəaliyyətində şəffaflıq mühüm prinsip olmalıdır. Fundamental dəyişikliklər zamanı məqsədlər, gözləntilər, mümkün risklər və proqnozlaşdırılan nəticələr ictimaiyyətə aydın şəkildə təqdim edilməlidir. Xüsusilə də birbaşa müəllimlərin fəaliyyətinə təsir edən qərarlarda onların prosesə cəlb olunması həm legitimlik, həm də effektivlik baxımından əhəmiyyətlidir”.
O deyib ki, müəllimlər cəmiyyətin intellektual təbəqəsidir və ölkənin gələcək inkişafında mühüm rol oynayırlar:
“Onlarla bağlı qərarların onların iştirakı və məlumatlılığı olmadan qəbul edilməsi etimad mühitinə mənfi təsir göstərə bilər. Təhsil sistemində islahatlar yalnız əsaslandırılmış, ölçülə bilən və uzunmüddətli perspektivə hesablanmış yanaşma əsasında həyata keçirilməlidir. Ümumilikdə məqsəd aydındır. Təhsil sisteminin keyfiyyətinin artırılması və cəmiyyətin inkişafına töhfə verən, rəqabətqabiliyyətli modelin formalaşdırılması. Lakin bu məqsədə çatmaq üçün qərarvermə prosesində şəffaflıq, ictimai iştirakçılıq və elmi əsaslandırma əsas prinsip kimi qorunmalıdır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Mart 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri