Icma.az
close
up
RU
MÜƏLLİMLƏRİN NƏTİCƏLƏRİNƏ TƏSİR EDƏN PROBLEM “Səhvin aşkarlanması ciddi siqnaldır”

MÜƏLLİMLƏRİN NƏTİCƏLƏRİNƏ TƏSİR EDƏN PROBLEM “Səhvin aşkarlanması ciddi siqnaldır”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

"Müəllim imtahana girəndə qarşısındakı sualın texniki baxımdan qüsursuz olacağına güvənməlidir" 

Məlum olduğu kimi, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanlarının nəticələri ilə bağlı apellyasiya prosesi yekunlaşıb.

Qeyd edək ki, sertifikatlaşdırma imtahanlarının test mərhələsi 17–25 iyun tarixlərində ölkə üzrə 35 imtahan mərkəzində təşkil olunub. İmtahanlarda 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi isə 96 faiz təşkil edib. Prosesə Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix, fizika, kimya, biologiya, coğrafiya, informatika, xarici dillər, ibtidai sinif, musiqi, təsviri incəsənət, fiziki tərbiyə, texnologiya və digər fənləri tədris edən müəllimlər cəlb olunublar.

Təhsil İnstitutunun açıqladığı məlumata görə, imtahanlardan sonra müəllimlər tərəfindən təqdim edilən bütün müraciətlər ekspertlər tərəfindən yenidən araşdırılıb, test tapşırıqları isə hərtərəfli təhlil olunub. Araşdırmalar zamanı sualların məzmununun təsdiq olunmuş tədris proqramlarına və normativ çərçivə sənədlərinə uyğun hazırlandığı müəyyən edilsə də, bir neçə test tapşırığında qiymətləndirməyə təsir göstərə biləcək texniki xarakterli uyğunsuzluqlar aşkar edilib.

Müəyyən edilən texniki problemlər tarix, riyaziyyat, texnologiya və fiziki tərbiyə fənləri üzrə ümumilikdə beş test tapşırığını əhatə edib. Təhsil İnstitutu bildirib ki, həmin uyğunsuzluqlar müəllimlərin nəticələrinə mənfi təsir göstərməsin deyə müvafiq bal düzəlişləri onların xeyrinə hesablanıb.

"Səhvin baş verməsindən daha çox həmin səhvin necə idarə olunması vacib məsələdir".

Bu barədə təhsil eksperti Əmrah Həsənli “AzPolitika”ya şərhində bildirib ki, burada əsas məsələni sadəcə “5 sualda texniki səhv olub” kimi qiymətləndirmək düzgün olmaz: “Çünki sertifikatlaşdırma imtahanı minlərlə müəllimin həm peşəkar fəaliyyətinə, həm də nəticədə əmək münasibətlərinə təsir edən kifayət qədər ciddi bir prosesdir. Ona görə də imtahan sualında, cavab variantında və yaxud da sualın texniki tərtibatında hər hansısa uyğunsuzluq müəllimdə haqlı olaraq narahatlıq yaradır”.

“Belə texniki səhvlərin yaranmasının düşünürəm ki, bir neçə səbəbi ola bilər. Sual hazırlanarkən məzmunun düzgünlüyü ilə yanaşı onun texniki redaktəsi, cavab variantlarının uyğunluğu, terminlərin yazılışı, elektron sistemə yerləşdirilməsi və ilkin prosesdə yoxlama mərhələsində də ayrıca nəzarətdən keçirilməsi təmin olunmalıdır. Bəzən sualın ilkin variantı ilə sistemdə təqdim olunan variant arasında texniki uyğunsuzluq yarana bilər. Yəni məsələ hər zaman sualı hazırlayan şəxsin peşəkarlığı ilə bağlı olmur. Prosesin son mərhələlərində də belə hallar baş verə bilər. Amma fikrimcə burada ən vacib məsələ bu prosesdə səhvin baş verməsindən daha çox həmin səhvin necə idarə olunması məsələsidir. Çünki böyük miqyaslı imtahanlarda müəyyən texniki problemlərin tamamilə sıfırlanması çətin məsələdir. Əsas olan odur ki, imtihandan əvvəl suallar çoxpilləli və müstəqil şəkildə yoxlanılsın”, - deyə ekspert qeyd edib.

Təhsil eksperti bildirib ki, problem aşkarlandıqda iştirakçılara aydın və şəffaf məlumat verilməli və nəticəyə təsiri obyektiv şəkildə aradan qaldırılmalıdır: “Əvvəlki illərdə də oxşar halların müşahidə olunması onu göstərir ki, sual bankının hazırlanması və ekspertizası sistemli yanaşmaya ehtiyac duyur. Mən hesab edirəm ki, sertifikatlaşdırma kimi müəllimin taleyinə birbaşa təsir edən məsələlərdə sualların yalnız fənn üzrə mütəxəssislər tərəfindən hazırlanması kifayət deyil. Burada həm metodik, həm məzmun, həm də dil redaktəsi, eləcə də texniki ekspertiza mərhələləri olmalıdır”.

“Bir məsələni də vurğulamaq istəyirəm ki, müəllim imtahana girəndə qarşısındakı sualın texniki baxımdan qüsursuz olacağına güvənməlidir. Çünki müəllim sualı başa düşməyəndə fikirləşir ki, görəsən burada səhv var, yoxsa mən düzgün anlamıram. Artıq bu da istənilən halda imtahandakı nəticəsinə təsir göstərir. Ona görə də bunu bir faciəvi hal kimi qiymətləndirmək olmaz. Amma adi və keçilməsi mümkün bir məsələ kimi də baxmaq olmaz. Beş sualda texniki səhvin aşkarlanması ciddi bir siqnaldır və növbəti imtahanlarda bunun təkrarlanmaması üçün prosesin keyfiyyət təminatı mexanizmlərinə yenidən baxılmalıdır. Burada əsas məqsəd kimisə günahlandırmaq olmamalıdır. Məqsəd müəllimin nəticəsinin texniki səhvdən asılı vəziyyətə düşməsinin qarşısını almaqdır”, - deyə ekspert qeyd edib.

E. Bəyməmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 İyul 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri