Icma.az
close
up
RU
Müəllimlərin peşə statusu üzrə beynəlxalq çərçivə YENİLƏNƏCƏK

Müəllimlərin peşə statusu üzrə beynəlxalq çərçivə YENİLƏNƏCƏK

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

UNESCO müəllimlərin və ali təhsil müəssisələrində çalışan pedaqoji heyətin statusunu müəyyən edən mühüm beynəlxalq sənədlərin yenilənməsi prosesinə başlayıb.

Redaktor.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, söhbət 1966-cı ildə qəbul edilmiş "Müəllimlərin statusu haqqında" ILO/UNESCO Tövsiyələrindən və 1997-ci ildə qəbul olunmuş "Ali təhsil müəssisələrinin pedaqoji heyətinin statusu haqqında" UNESCO Tövsiyələrindən gedir. Hər iki sənəd müəllimlərin peşə standartları, akademik azadlıqları, işə qəbul qaydaları, əmək şəraiti, peşəkar inkişaf imkanları və sosial müdafiəsi ilə bağlı beynəlxalq çərçivə hesab olunur.

UNESCO bildirir ki, bu sənədlərin qəbulundan sonra təhsil sistemlərində və müəllimlik peşəsində köklü dəyişikliklər baş verib. Rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin sürətli inkişafı, tədris proqramlarının yenilənməsi, dayanıqlı inkişaf mövzularının təhsildə daha geniş yer alması, eləcə də bir çox ölkədə müşahidə olunan müəllim çatışmazlığı təhsil sektorunu yeni reallıqlarla üz-üzə qoyub.

Bununla yanaşı, iqlim dəyişikliyi, miqrasiya, məcburi köçkünlük, sosial bərabərsizlik və ayrı-seçkilik kimi qlobal problemlər də məktəb və universitetlərin fəaliyyətinə təsir göstərərək müəllimlərin iş şəraitini dəyişib. UNESCO hesab edir ki, bu dəyişikliklər müəllimlərin hüquq və vəzifələrini, peşə statusunu və əmək şəraitini tənzimləyən beynəlxalq sənədlərin müasir tələblərə uyğunlaşdırılmasını zəruri edir.

Qurumun Baş Konfransı bu məqsədlə hər iki tövsiyə sənədinin yenidən işlənməsi barədə qərar qəbul edib. Yenilənmənin əsas məqsədi müəllimlik peşəsinin nüfuzunu gücləndirmək, müəllimlərin hüquqlarının qorunmasını daha da möhkəmləndirmək və təhsil sahəsində yaranan yeni çağırışlara cavab verən vahid beynəlxalq yanaşma formalaşdırmaqdır.

Məlumata görə, 2027-ci ildə keçiriləcək xüsusi hökumətlərarası konfransda 1966-cı il Tövsiyələrinin yenilənmiş mətni müzakirə olunacaq və qəbul ediləcək. 1997-ci il sənədinə edilən dəyişikliklər isə UNESCO-nun növbəti Baş Konfransına təqdim olunmazdan əvvəl xüsusi komitədə təsdiqlənəcək.

UNESCO həmçinin vurğulayıb ki, yenilənmə prosesi şəffaflıq, inklüzivlik və geniş iştirak prinsipləri əsasında həyata keçiriləcək. Təhsil sahəsində fəaliyyət göstərən tərəflər və maraqlı qruplar qarşıdakı aylarda keçiriləcək məsləhətləşmələrə qoşulmağa dəvət olunurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyun 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri