Icma.az
close
up
RU
Müəllimlərin səbirsizliklə gözlədiyi TƏHSİL KARTLARI: Proses nə zaman başlayır?

Müəllimlərin səbirsizliklə gözlədiyi TƏHSİL KARTLARI: Proses nə zaman başlayır?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda təhsil sahəsində çalışanlar üçün xüsusi güzəşt və imtiyazları özündə birləşdirən "Təhsil kartları" layihəsi həyata keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu kartların müəllimlər, məktəb rəhbərləri və digər təhsil işçiləri üçün nəzərdə tutulduğu və kartların verilməsinə gələn ildən başlanılacağı bildirilir.

Bəs bu kartların hazırlanması prosesi nə qədər vaxt alacaq? Təhsil işçiləri bu kartları nə zaman əldə edə biləcəklər?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova bildirib ki, bu gün bu prosesin, ümumilikdə, neçə ay sürə biləcəyi barədə fikir söyləmək mümkün deyil.

"Layihə müzakirə mərhələsindədir. İcrasına növbəti ildən başlanacaq. Öncə layihənin tərəfdaşları ilə bağlı geniş araşdırma aparılacaq. Burada, yəqin ki, VISA beynəlxalq ödəmə sistemi ilə əməkdaşlıq ediləcək. Biz "TələbəPlus" kartlarını onlarla birgə icra edirik deyə düşünürəm ki, "Təhsil kartları"nın da tərəfdaşı dəyişməyəcək. "Təhsil kartı"nda tərəfdaşımızın hansı bank olacağı da hələ dəqiq deyil, bu barədə danışıq olmayıb. Kartlarda hansı imtiyazların olacağı da hələ ki müəyyən olunmayıb.

Sadəcə, onu deyə bilərəm ki, layihənin icrasına növbəti ildən, mərhələli şəkildə, bütün tələbələrin, peşə təhsili alanların və kollecdə oxuyanların kartları verilib yekunlaşdıqdan sonra başlanılacaq", - deyə N.Qədirova vurğulayıb.

O qeyd edib ki, prosesin neçə ay çəkə biləcəyi sualına cavab vermək ona görə çətindir ki, həlli müəyyən zaman tələb edən bir çox məsələlər var.

"Məsələn,"TələbəPlus" kartının, sadəcə, araşdırması minimum altı ay çəkmişdi. Bundan sonra həmin kartların Çindən sifariş olunması prosesi var. Bundan əlavə, bütün təhsil müəssisələrinin mühasibatlığında müəyyən dəyişikliklər olunmalıdır, yeni hesablar açılmalı, tərəfdaş bank seçilməlidir və s. Bu səbəbdən hər hansı tarix deyib çaşqınlıq yaratmaq istəmərəm", - deyə N.Qədirova bildirib.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri