Müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1320 manatdır
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllimlərin orta aylıq əməkhaqqı 965 manatdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərənlərin orta aylıq əməkhaqqı (sertifikatlaşdırmada 51 və yuxarı bal toplayanlar, 35 faiz əlavə alanlar) 1320 manatdır: “Uğur qazananlar (30–50 bal aralığında nəticə göstərənlər, 10 faiz əlavə alanlar) – 1010 manat orta aylıq əməkhaqqı alırlar. Sertifikatlaşdırmada iştirak etməyən müəllimlər isə orta aylıq 765 manat əməkhaqqı alır”.

Bu müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb
20 Noyabr 2024 15:37
Sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin orta aylıq əməkhaqqı
20 Noyabr 2024 15:46
Sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb
20 Noyabr 2024 15:23
Sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin orta aylıq əməkhaqqı AÇIQLANDI
20 Noyabr 2024 15:36

