Icma.az
close
up
RU
Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun AÇIQLAMA

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun AÇIQLAMA

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 10 iyul, AZƏRTAC

Yarışlara və qələbələrə öyrəşmişəm. Düşünürəm ki, kifayət qədər güləşdim və böyük uğurlar əldə etdim. İndi isə yeni işimin başındayam.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "Paris-2024" Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.

Hazırda Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərən veteran idmançı yeni işindən bəhs edib: “Yaş qrupundan asılı olmayaraq, bütün milli komandaların koordinatoru vəzifəsində çalışıram. Bildiyim işdir. Məşqlərdə və yarışlarda yığmalarla birlikdə oluram. Misal üçün, bu yaxınlarda yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Mən də güləşçilərimizlə birgə mundiala yollanacağam. Fikrimcə, bu gün idmançıların yanında olmaq onlar üçün də böyük stimuldur. Karyeramı yeni başa vurduğum üçün milli komandanın üzvləri ilə ünsiyyətimiz tamamilə fərqlidir. Onlarla dostluq münasibətimiz var. Sözsüz ki, hörmət də öz yerindədir. Onlarla rahat şəkildə məşq edir, öz bildiklərimi bölüşürəm. Çalışıram ki, Azərbaycan güləşi daima zirvələrdə olsun və uğurlarımızın sayı günü-gündən artsın. Bunun üçün əlimizdən gələni edirik”.

O, aşağı yaş qruplarında güləşin hazırkı durumdan da söz açıb: “Yeniyetmə və gənclərimiz bu yaxınlarda Avropa çempionatından medallarla döndülər. Təbii ki, mükafatsız qalanlar da oldu. Bu o demək deyil ki, həmin uşaqlar zəifdirlər. İdman elə bir şeydir ki, hər zaman qalib gəlmək olmur. Potensiallı yeniyetmələrimizin sayı çoxdur. Bəzən beynəlxalq yarışlarda yer tutan uşaqlar yuxarı yaş qruplarına cəlb olunduqdan sonra nəticə verə bilmirlər. Çalışacağam ki, belə gənclərimiz itməsinlər. Onları xüsusi nəzarətdə saxlayırıq. Başqa cür mümkün deyil. Belə güləşçilərimizi qoruyub saxlamaq lazımdır. Ümid edirəm ki, gələcəkdə də öz işimizlə gözəl nəticələrə imza ata biləcəyik”.

H.Əliyev qarşıdakı illərdə məşqçi ola bilmək ehtimalından da danışıb: “Əlbəttə ki, ola bilər. Koordinator elə bir vəzifədir ki, sadəcə idmançılara deyil, məşqçilərin proqramlarına da nəzarət edilir. Əslində, onlara göstəriş verməyə heç ehtiyac yoxdur. Çünki məşqçilərimizin hər biri peşəkardır. Onlar da bir zamanların Avropa və dünya çempionları olublar. Hazırda sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Xetaq Qazyumovdur. Onun da 2028-ci ildə Los Angelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına qədər müqaviləsi var. Gələcəkdə hər şey ola bilər. Dəyişikliklər hər zaman gözləniləndir. Mən isə öz növbəmdə güləşimizin inkişafı üçün əlimdən gələni edəcəyəm. Sonuncu dəfə sərbəst güləş üzrə dünya çempionu 2017-ci ildə mən olmuşam. 8 ildir bu nəticəni təkrarlayan yoxdur. Təbii ki, xoş hal deyil. İstedadlı uşaqlarımız var. Ad çəkmək istəmirəm. İnanıram ki, onlar dünya çempionu adına sahib çıxacaqlar”.

Qeyd edək ki, Hacı Əliyev ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri