Müəllimlərin uşaqlara münasibətində psixoloji durum nəzərə alınmır HESABAT
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Təhsil müəssisələrində təhsilalanların qarşılıqlı münasibətlərində və ünsiyyətində mövcud olan gərginlik, davranış və intizam qaydalarına riayət edilməməsi halları müşahidə olunur”.
Modern.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Bildirilib ki, şagirdlər arasında baş verən anlaşılmazlıqların səbəblərindən biri də müəllimlərin uşaqlara münasibətdə onların yaşına müvafiq olaraq psixoloji durumunu nəzərə almaması ilə bağlıdır.
“Bu baxımdan müəllim-şagird münasibətlərinin tənzimlənməsində psixoloqların müəllimlərlə və valideynlərlə əməkdaşlığı önə çəkilməli, təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından müdafiə etmək, zərərli vərdişlərdən çəkindirmək, şagirdlərin təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etməklə onlarla müvafiq profilaktik işin aparılması zəruridir.
Ümumiyyətlə, qeyd olunan problemlərin həllində uşaqlarda yarana biləcək hər hansı psixoloji gərginlik halının qarşının alınmasında məktəb psixoloqlarının rolu xüsusi vurğulanmalı, təhsil müəssisələrində psixoloqlara ayrılan ştat vahidinin şagird sayına uyğunlaşdırılması üzrə tədbirlər həyata keçirilməlidir”, - deyə məruzədə bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Mart 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















