Icma.az
close
up
RU
Məktəblərdə zorakılıq ARTIR: Müəllimlərin psixoloji vəziyyəti yoxlanmalıdır

Məktəblərdə zorakılıq ARTIR: Müəllimlərin psixoloji vəziyyəti yoxlanmalıdır

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"1 nömrəli orta məktəbdə baş verdiyi iddia edilən zorakılığa və buna oxşar faktlara təəssüf ki, məktəblərdə rast gəlirik. Əvvəllər Sovet dönəmində də belə hadisələr olurdu, ancaq o zaman sosial media olmadığı üçün bu məlumatlar o qədər ictimailəşmirdi və məktəbdə qalırdı".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
O, bildirib ki, bu cür “tərbiyə təcrübəsi” olan müəllimlər hələ o dövrdən qalmaqdadır;
"Onlar uzun müddətdir müəllim fəaliyyətini davam etdirirlər. Ancaq təəssüf ki, bu gün belə hallar yalnız yaşlı müəllimlərdə deyil, həm orta yaşlı, həm də gənc müəllimlər tərəfindən də baş verir. Bu halların qarşısını almaq yalnız valideyn və məktəb münasibətlərinin tənzimlənməsi ilə mümkün deyil. Həmçinin, şagirdlər tərəfindən baş verən zorakılıq hallarının araşdırılması məktəb, müəllim və ailə arasında əməkdaşlıqla mümkündür".
Onun sözlərinə görə, müəllimlər tərəfindən baş verən zorakılığın səbəblərinə gəldikdə isə, burada həm psixoloji, həm də ənənəvi səbəblər rol oynayır:
"Ənənəvi səbəblər, Sovet dövründə, sosial medianın olmadığı zamanlarda da mövcud olub, xüsusən kənd məktəblərində rast gəlinirdi. Psixoloji baxımdan isə, bu halların aradan qaldırılması üçün müəllimlərin işə qəbulu zamanı yalnız biliklərinə deyil, həm də psixoloji vəziyyətlərinə diqqət yetirilməlidir. Xüsusən azyaşlı şagirdləri tədris edən müəllimlər üçün psixoloji testlərin aparılması vacibdir".
Sosioloq bildirib ki, bundan əlavə, yalnız psixoloji testlər kifayət deyil:
"Təcrübəli psixoloqlar tərəfindən müəllimlərlə üzbəüz söhbətlər aparılmalı, bu söhbətlərdən sonra onlara sinif rəhbərliyi kimi məsul vəzifələr tapşırılmalıdır. Bu üsul, müəllimlərin həm bilik, həm də psixoloji hazırlığını yoxlamaq üçün effektiv bir yol olar".
Qeyd edək ki, Babək rayonunun Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbinin şagirdi iddia edib ki, təsviri incəsənət müəllimi ona və sinif yoldaşlarına zorakılıq edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Noyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see1725

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see192

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see180

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see149

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see139

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see124

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri