Icma.az
close
up
RU
Muğam müsabiqəsində yenə “qarabağlı şirvanlı söhbəti”: “Səni Şamaxıdan...”

Muğam müsabiqəsində yenə “qarabağlı şirvanlı söhbəti”: “Səni Şamaxıdan...”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənc xanəndə Rəqsanə Ağayeva Muğam müsabiqəsinin seçimlərinin ədalətli keçirilmədiyini iddia edir.

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, bu barədə gənc ifaçı sosial şəbəkə hesabında paylaşım edib.

“Müsabiqədə məni bilərəkdən kəsdilər. Şəffaflıq yoxdur. Hər münsif öz tələbəsini keçirir növbəti 20-liyə. Nə üçün məni "kəsdik"lərini soruşduqda heç kim cavab vermir, deyirlər, səni gərək Şamaxıdan seçib gətirməyərdik. Xaric oxumuram, səsimdə xırıltı yox. Nə vaxta qədər haqsızlıq olar?!” - deyə gənc xanəndə paylaşımında bildirib.

Tanınmış müğənni Nişanə Baxışova da paylaşıma dəstək verərək illər əvvəl eyni haqsızlıqla üzləşdiyini və bunun illərdir davam etdiyini iddia edib.

Münsiflər heyətinin üzvlərindən olan Xalq artisti Nəzakət Teymurova iddialarla bağlı olay.az-a bildirib:

"Rəqsanə birinci turda bərbad ifa etmişdi, həm də bir az aqressiv idi, ağzına gələni danışırdı, ifaçıları regionlara bölürdü. Seçilməyənlər arasında mənim də tələbələrim olub. Eləcə də başqalarının da tələbələrindən seçilməyənlər var.  Yəqin, həmin gün yaxşı oxumayıb ki, keçməyib. Ondan da güclü tələbələr olub ki, imtahandan keçməyib.  

Şikayətçilərdən biri də magistratura pilləsində təhsil alan tələbəm Nuranə Haqverdiyevadır. Onda mən öz tələbəmi seçərdim də. Yəni 8 münsifin hər biri qərar verməlidir ki, hansı ifaçı digərindən üstün oxuyub.

Muğam müsabiqəsindən sonra həmişə belə fikirlər irəli sürülür. İnşallah, Rəqsanə özünü yenidən sınayar. Özünü yaxşı göstərsin ki, yenidən muğam müsabiqələrinə qatıla bilsin”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri