Icma.az
close
up
RU
Qarabağlı kəndində tədqiqat başlayıb

Qarabağlı kəndində tədqiqat başlayıb

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsinin icrası çərçivəsində Salyan rayonu Qarabağlı kəndində tədqiqata başlayıb.

Təşkilatın sədri, tanınmış araşdırmaçı-hüquqşünas Səməd Vəkilov Reyting.az-a deyib ki, Qarabağlı Salyanın ən böyük kəndlərindəndir. Bura vaxtilə Ağdam rayonunun Abdal və Gülablı kəndindən köçən ailələr tərəfindən formalaşıb. Bu fakt Qarabağlı kənd qəbristanlığındakı baş daşlarındakı əski əlifba ilə yazılmış məlumatlarda da əksini tapıb.
Sonradan, 1845-1905-ci illərədək Şamaxıdan Kolanı tayfalarının bir hissəsi həm susuzluqdan bu ərazilərə yerləşib, həm də qışlaqlarını bura salıblar. 1948-ci ildə isə İ.Stalinin əmri ilə Qərbi Azərbaycanın Dərələyəz mahalının Terp kəndindən bura 90-a yaxın ailə köşürülüb.

Layihənin rəhbəri Səməd Vəkilov Salyan rayonu Qarabağlı kəndində tanınmış din xadimi Hacı Hüsnü Həsənovla da görüşüb.
Qeyd edək ki, din xadimi əslən Dərləyəzin Terp kəndindən olan Həsənov Hüsnu Budaq oğlunun (Hacı Hüsnü) babası Şeyx İmran Dərləyəz mahalının sayılıb-seçilən din xadimlərindən olub. O, İraqın Nəcəf şəhərində 17 il dini təhsil alıb. Hüsnü Həsənov 19 noyabr 1970-ci ildə Qabağlı kəndində doğulub. O, 1977-1986-cı ildə Qarabağlar kəndində orta təhsil alıb. İlk dini təhsilini 1979-cu ildə kəndə fərdi qaydada Molla Şəkəralı adlı din xadimindən alıb. Sonra 1981-ci ildə Bərdə rayonunda əslən Dərləyəz mahalının Tarp kəndindən olan Molla Əhməddən dini biliklər öyrənib. 1982-1988-ci ilərdə Cəlilabda Molla Məhəmməddən təhsil alıb. 1988/1990-ci ildə SSRİ Silahli Qüvələri tərkibində İruktiski vilayətində həqiqi hərbi xidmət keçib. 1992-ci ilədə Həsənova Gülarə İdris qızı ilə ailə qurub. Bu nigahdan 3 övladı var.

1992-1994-cü ildə yenidən Cəlilabadlı Molla Məhməmməd və Molla Bəylərin yanında dini təhsilini davam etdirib.1994-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Qarabağlı kəndinə baş axund təyin olunub. 2000-2005-ci ildə Qafqaz İslam Universitetinin İlhaiyyat fakultəsi, imamlıq və şəriət müəllimi ixtisası üzrə bitirib. 17 aprel 2014-cü ildə Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxlülislam Hacı Allahşükür Paşazadə tərəfindən Salyan, Nefçala, Şirvan və Hacıqabul rayonları üzrə səlahiyyətli nümayəndə təyin olunub. 2014-cü ildən Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasının və Dərələyəz İcmasının (QAİ) üzvüdür. Yurd həsrəti ilə böyüyən Hacı Hüsnünün ən böyük arzusu doğma yurdu Dərələyəzə qayıtmaqdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri