Müğənni 10 illik rekorda imza atıb
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikalı müğənni Teylor Sviftin "Life of a Showgirl" adlı yeni albomu ilk həftədə 4 milyon nüsxədən çox satılmaqla, musiqi sənayesində 10 illik rekordu qırıb.
Reyting.az-ın məlumatına görə, bu, Sviftin artıq 12-ci studiya albomudur və satışa 3 oktyabrda çıxıb.
Xatırladaq ki, T. Sviftdən əvvəl belə bir rekorda Adele imza atmışdı və onun "25" albomu ilk həftədə 3,378 milyon nüsxə satılmışdı.
T. Svift həmçinin "Billboard" nəşrinin hazırladığı "Billboard 200" siyahısında ən çox birinci yerli alboma sahib solo ifaçılar arasında da ön sıralarda yer alıb ki, belə bir rekord göstərici ilə məşhur müğənni yalnız əfsanəvi "The Beatles" qrupundan geri qalır.
Onu da qeyd edək ki, 2024-cü ildə müğənni həm də "Spotify" platformasında 26,6 milyard dinlənmə ilə ardıcıl ikinci dəfə ən məşhur sənətçi olub.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:Ən varlı 10 müğənni SİYAHI
14 Avqust 2025 11:04
Kubarsi rekorda imza atıb
04 Aprel 2025 13:34
Holand rekorda imza atıb
10 Noyabr 2024 13:48
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
18 Oktyabr 2026 14:53
Ronaldo yeni rekorda imza atıb
24 Noyabr 2024 00:01
Baxış sayı:155
Bu xəbər 15 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















