Müğənni Conidə nadir genetik xəstəlik aşkarlandı
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı müğənni Conidə (Cahid Hüseynli) nadir genetik xəstəlik — ailəvi Aralıq dənizi qızdırması (FMF) aşkarlanıb.
Kulis.az xəbər verir ki, bu barədə Rusiyanın "Mash" Teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb.
İnfeksiyasız qızdırma və ağrılar
Sentyabr ayında xəstəxanaya yerləşdirildikdən sonra kəskin arıqlayan və yüksək hərarətdən şikayətlənən 30 yaşlı sənətkarın hazırda ev şəraitində müalicə aldığı bildirilir.
"Mash"ın məlumatına görə, keçirilən genetik test Cahid Hüseynlidə infeksiya olmadan belə yüksək hərarət, əzələ, oynaq və qarın nahiyəsində ağrılarla müşayiət olunan xəstəliyi üzə çıxarıb. Bu irsi xəstəlik zamanı orqanizmdə heç bir kənar virus və ya bakteriya olmadan yalançı iltihab tutmaları baş verir.
Bununla belə, müğənninin nümayəndələri "Mash" kanalına verdikləri açıqlamada iddiaları təkzib edərək, sənətkarın səhhətində heç bir ciddi problem olmadığını bildiriblər.
Qafqaz regionunda daha çox yayılıb
Qeyd edək ki, ailəvi Aralıq dənizi qızdırması əsasən Aralıq dənizi və Zaqafqaziya (Cənubi Qafqaz) sakinlərində rast gəlinir. Statistikaya görə, bu regionlarda təxminən hər 500-1000 nəfərdən birində bu xəstəliyə təsadüf olunur. Müqayisə üçün, Şimali Avropa ölkələrində bu genetik pozuntuya 48 min nəfərdən yalnız birində rast gəlinir.
Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu Avropa Film Mükafatlarına namizədlər bəlli olur: 68 film qısa siyahıya düşdü "O gecə şorba cəsəd dadırdı..." - Holokostdan sağ çıxan yazıçının "Gecə"sindən sitatlar
Baxış sayı:80
Bu xəbər 23 Oktyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















