Icma.az
close
up
RU
Pontoserebellar hipoplaziyası nadir genetik xəstəlik

Pontoserebellar hipoplaziyası nadir genetik xəstəlik

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bugün sizə Pontoserebellar hipoplazi tip 6 xəstəliyi ilə əlaqəli daha əvvəl klinik ədəbiyata daxil olmamış yeni mutasiyadan söz açacağıq.

Mikrosefaliya vəziyyəti adətən doğuşda görünmür, ancaq beynin böyüməsi körpəlikdə və erkən uşaqlıqda yavaş olmağa davam etdiyi üçün nəzərə çarpır. Araşdırmacılar pontoserebellar hipoplaziyanın ən az 10 növü olduğunu qeyd edirlər. Bütün növlər beyin inkişafının pozulması, ümumi inkişafın ləngiməsi, hərəkət problemləri və əqli gerilik ilə xarakterizə olunur.

Beyin anomaliyaları ümumiyyətlə doğuş zamanı olur və bəzi hallarda doğumdan əvvəl aşkar edilə bilər.

Pontoserebellar hipoplaziyası olan bir çox uşaq yalnız körpəlik dövrünə qədər yaşaya bilirlər.

Xəstəliyin irsiyyət tipi autozomal resessivdir.

1-ci dərəcədən qohum evliliyi etmiş ailə (bibi qızı-dayı oğlu) genetik konsultasiya üçün yaxınlaşdığında çoxsaylı inkişaf qüsuru ilə artıq iki körpəsini (Hamiləliyin 19.cu həftəsində beyincik inkişafının durması) itirmişdi və bir sonraki hamiləliyin artıq planlı bir şəkildə prenatal diaqnostika ilə həyata keçirdilməsini istəyirdi.

3-cü hamiləlik süni doğuşla sonlandırıldıqdan sonra körpədən də nümunə götürüldü.

Differensial diaqnostika və dəqiq diaqnoz məqsədilə ata və ananın hər ikisinə WES (bütün ekzom sekanslama) analizinin edilməsi tövsiyə edildi. Pasiyentlərin WES datası dəqiq biyoinformatik analiz programları vasitəsi ilə incələndikdən sonra ata və ananın hər ikisində Pontoserebellar hipoplaziya tip 6 xəstəliyi ilə əlaqəli RARS2 genində mutasiya aşkarlandı. Körpədən əldə edilmiş DNT nümunəsindən mikroarray (aCGH) analizi edildi və analizin nəticəsində kliniki vəziyyətlə əlaqəli xromosomal kopya sayı dəyişikliyi aşkarlanmadı.

Anada RARS2 genində klinik olaraq tanımlı olmayan patojenik c. C733T (p. R245W) (DM) variantı heterozigot vəziyyətdə aşkarlandı. Bəhsi keçən variant yanlış anlamlı varyantların patojeniteleri haqqında təxmin dəyəri verən REVEL və Mutation Taster programlarından keçirdilmişdir.

REVEL in silico təxmin programı bəhsi keçən variant üçün verdiyi dəyər sayəsində (REVEL: 6,88240540,87530822,G,A,R,W,0.575) variant haqqında “zərərli, xəstəlik səbəbi olabilər” ehtimalı bildirildi. Eyni zamanda Mutation taster veritabanında da bu varyant haqqında DM (disease-causing) olduğu belirtildi. Sanger konfirmasyon analizi edildi.
Atada RARS2 genində klinik olaraq tanımlı patojenik c.633_636del:p.E212Qfs*7 (DM) variantı heterozigot vəziyyətdə aşkarlandı. Bəhsi keçən variant haqqında Mutation taster və ClinVar veritabanlarında “pathogenic” olduğu belirtildi. Sanger konfirmasyon analizi edildi.

Ana və atanın bəhsi keçən xəstəlik üçün daşıyıcı olduğu müəyyənləşdikdən sonra süni doğuş edilmiş körpədən əldə edilən DNT’dən bəhsi keçən mutasiyalar üçün segregasiya analizi edildi və körpədə hər iki mutasiya baxımından kompound-heterozigot vəziyyətinin olduğu aşkarlandı.

Ailəyə düzgün genetik danışma və prenatal diaqnostika haqqında məlumat verildi. Bu çalışmanıntibb aləmi üçün dəyərli olmasının səbəbi həm xəstəliyin bu tipinin olduca nadir olması, həm də aşkarlanan mutasiyalardan birinin daha öncə klinik ədəbiyyatda yer almamış olmasıdır.

Pontoserebellar hipoplazi, beynin inkişafına təsir edən xəstəlik qrupudur. Pontoserebellar hipoplazi beynin digər hissələrinin böyüməsinin pozulmasına səbəb olur və bu da mikrosefaliyaya səbəb olur.

Müəllif: Afgen Genetik Diaqnoz Mərkəzinin Şöbə müdiri, İstanbul Universitetinin məzunu, genetik-mütəxəssis İlahə Musayeva

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri