Icma.az
close
up
RU
Mühafizə orderləri polisə həvalə oluna bilər

Mühafizə orderləri polisə həvalə oluna bilər

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisdə mühafizə orderlərinin müddətinin artırılması təklifi gündəmdədir


Qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi və orderin müddətinin artırılması təklif olunur. Bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dünən keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.


Məlumatda həmçinin məişət zorakılığından, o cümlədən cinsi zorakılığdan zərər çəkmiş və ya bu cür zorakılıq hallarının şahidi olan uşaqların hüquqlarının müdafiəsində “Lansarote” Konvensiyasının tələblərinə riayət olunması da təklif edilir.

Qeyd edək ki, Mühafizə orderi, məişət zorakılığına məruz qalan şəxsin müdafiəsi üçün məhkəmə və ya digər səlahiyyətli orqan tərəfindən verilən hüquqi sənəddir. Bu sənəd zorakılıq törədən şəxsin zərərçəkmişə yaxınlaşmasını, əlaqə saxlamasını və ya eyni məkanda olmasını qadağan edir. Təklifə görə, bu səlahiyyət polis orqanlarına verilməlidir. Bu, zərərçəkmişin dərhal müdafiə altına alınmasını mümkün edəcək (məhkəmə qərarını gözləmədən). Orderin müddətinin artırılması isə qurbanın təhlükəsizliyinin daha uzun müddət təmin olunması məqsədi daşıyır.


“Təmiz  Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında deyib ki, məişət zorakılığı hallarında operativ müdaxilə imkanlarının artırılması zərurəti, bu sahədə tətbiq olunan hüquqi və institusional mexanizmlərin effektivliyini mütəmadi şəkildə nəzərdən keçirməyi tələb edir. Bu kontekstdə qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin icra hakimiyyəti orqanlarından polis orqanlarına verilməsi məsələsi müzakirəyə açıq və aktuallığını qoruyan bir məsələdir:

 “Mühafizə orderinin verilməsi məsələsi Nazirlər Kabinetinin qərarı ilə müvafiq icra hakimiyyətlərinə həvalə edilən vaxtdan bu səlahiyyətlərin polisə verilməsinin tərəfdarı olmuşam və bunu dəfələrlə də gündəmə gətirmişəm. Mental olaraq biz polisin verdiyi sənədi, onun tənbehlərini daha çox ciddiyə alırıq və ehtiyatla yanaşırıq, nəinki icra hakimiyyətlərinin. Bu, insanların təhlükəsizlik orqanlarına qarşı formalaşmış psixoloji münasibətindən qaynaqlanır və hüquqi mexanizmlərin praktik effektivliyinə təsir göstərir.  

Dünya təcrübəsinə nəzər saldıqda, bir çox ölkələrdə, xüsusilə də inkişaf etmiş hüquq sistemlərinə malik dövlətlərdə, qısamüddətli mühafizə orderləri polis orqanları tərəfindən verilir. Bu praktika zorakılıq hallarına operativ reaksiya vermək və ilkin təhlükənin qarşısını almaq baxımından səmərəli hesab olunur. Azərbaycan üçün də bu model, müvafiq hüquqi təminatlarla birlikdə, ciddi müzakirə olunmağa dəyər”.

M.Zeynalova hesab edir ki, qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə olunması təklifi, məişət zorakılığı ilə mübarizədə operativ müdaxilə imkanlarını artırmaq baxımından əhəmiyyətlidir: 

“Çünki zorakılıq hallarında çox vaxt vaxtında müdaxilə edilmədiyindən qurbanlar daha ağır nəticələrlə üzləşirlər. Nəticə etibarilə, qısamüddətli mühafizə orderlərinin polis tərəfindən verilməsi, düzgün hüquqi və institusional çərçivədə tətbiq olunarsa, məişət zorakılığına qarşı mübarizədə əhəmiyyətli dönüş nöqtəsi ola bilər. Bu, zərərçəkmişlərin müdafiəsində daha çevik və təsirli mexanizmin formalaşmasına, eyni zamanda insan hüquqlarının qorunmasına xidmət edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 05:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see252

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see221

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see220

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see219

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see213

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see200

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see192

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see192

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see190

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see189

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see189

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see187

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see187

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see185

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see182

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see174

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see174

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see173

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see171

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri