Icma.az
close
up
RU
“Müharibə ABŞ dən Trampın düşündüyü qədər uzaq deyil” “Ağ Ev seçim qarşısındadır...”

“Müharibə ABŞ dən Trampın düşündüyü qədər uzaq deyil” “Ağ Ev seçim qarşısındadır...”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Tramp nə qədər çox gözləsə, bunun qiyməti bir o qədər yüksək olacaq"

Birləşmiş Ştatlar üçün Ukraynadakı müharibənin necə başa çatması önəmlidir, çünki o, Avropa miqyasında daha böyük münaqişəyə çevrilərsə, ABŞ bundan zərərsiz çıxa bilməyəcək.

“AzPolitika” xəbər verir ki, ABŞ kəşfiyyatının keçmiş yüksək səviyyəli zabiti Andrea Kendall-Taylorun “The New York Times”-da dərc edilən yazısında belə deyilir.

Ekspert ABŞ Prezidenti Donald Trampla Vladimir Putin arasında mayın 19-da baş tutan son söhbəti təhlil edərək, bunun heç bir ciddi nəticə vermədiyi qənaətinə gəlib.

Kendall-Taylor xatırladıb ki, Tramp Ukraynadakı müharibəni ilk növbədə Avropanın müharibəsi hesab edir: "Ancaq müharibə ABŞ-dən Trampın düşündüyü qədər uzaq deyil və bunun amerikalılar üçün də nə ilə bitəcəyi önəmlidir. Putinin uzunmüddətli hədəfləri açıq şəkildə Ukraynadan kənara çıxır. O, Avropada Soyuq Müharibədən sonrakı nizamı yenidən müəyyənləşdirməyə çalışır, onun fikrincə, bu məqsədə Rusiyanın gücünü və Moskvanın qlobal hadisələrə təsir imkanlarını bərpa etməklə nail olmaq olar".

Eyni zamanda, o qeyd edir ki, Putin yalnız ABŞ-ni zəiflətməklə Rusiyanın təsirini gücləndirə biləcəyinə inanır. Və əgər müharibənin nəticəsi Rusiyanın xeyrinə olarsa, o zaman ABŞ-nin ən böyük ticarət tərəfdaşlarından biri olan Avropa çətin vəziyyətdə qalacaq və bu, Amerikanın onsuz da üzləşdiyi qlobal problemləri daha da kəskinləşdirə bilər: "Deməli, Tramp administrasiyası seçim qarşısındadır: Ukraynada Kremllə indi, yoxsa daha gec qarşılaşın. Lakin ABŞ nə qədər çox gözləsə, bunun qiyməti bir o qədər yüksək olacaq".

O vurğulayıb ki, Tramp uzun müddət hakimiyyətdə qalmayacaq və Putin bunu bilir. Onun səlahiyyət müddəti bitdikdən sonra Rusiya yenidən ABŞ-yə qarşı rəqib mövqedə olacaq: "Bu, o deməkdir ki, Moskva indiki məqamdan Amerikanın növbəti prezidentinin geri qaytarmaqda çətinlik çəkəcəyi üstünlükləri əldə etmək üçün istifadə etməyə çalışacaq. Məsələn, Ukraynanın işğalı və ya NATO-nun öz üzvlərini müdafiə etmək qabiliyyətinə inamı sarsıtmaq".

O, əlavə edib ki, Tramp administrasiyası Rusiyanı cilovlamaq üçün indi sərmayə qoymasa, amerikalılar sonradan böyük bədəl ödəyəcəklər.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri