Ağ Ev Trampın Heqseti işdən çıxarmağı düşündüyü barədə şayiələri təkzib edib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Ağ Evin mətbuat katibinin baş müavini Anna Kelli ABŞ prezidenti Donald Trampın Pentaqon rəhbəri Pit Heqseti və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffi İran sazişinə qarşı çıxdıqlarına görə işdən çıxarmağı düşündüyü barədə xəbərləri təkzib edib.
Kelli bu barədə öz “X” hesabında məlumat verib.
"Mən bu Danni Zaken haqqında heç vaxt eşitməmişdim. Ta ki o, Ağ Evlə əlaqə saxlamadan sistematik şəkildə saxta xəbərlər yaymağa başlayana qədər. Aydın olsun ki, bu təlxək nədən danışdığını bilmir və onun mənbələri, ehtimal ki, sadəcə beynindəki səslərdir", - Kelli yazıb.
Qeyd edək ki, "Israel Hayom" qəzetinin köşə yazarı Denni Zaken qəzetdə Trampın İranla razılaşmanı tənqid etdiklərinə görə Pentaqon rəhbəri və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru da daxil olmaqla, administrasiyasının bir neçə yüksək vəzifəli üzvünü işdən çıxarmağı düşündüyünün iddia olunduğu məqalə dərc edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 16 İyun 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















