Icma.az
close
up
RU
Trampın ev tapşırığı düşündüyü qədər asan olmadı: AĞ Ev rəhbəri blef edir

Trampın ev tapşırığı düşündüyü qədər asan olmadı: AĞ Ev rəhbəri blef edir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər beynəlxalq siyasətdə baş verən hadisələr ABŞ-nin geosiyasi mövqeyinə təsirsiz ötüşməyib. Qlobal güc statusunu qorumağa çalışan Vaşinqton, müxtəlif regionlarda yaranan münaqişələrə birbaşa və ya dolayı yollarla müdaxilə etməyə məcbur qalır. Müharibələrin bitməsi və sabitliyin təmin olunması ABŞ üçün yalnız humanitar və diplomatik məsələ deyil, eyni zamanda iqtisadi və strateji maraqlar baxımından da vacib hədəfdir. Lakin bu məqsədə çatmaq nə qədər arzuolunan olsa da, prosesin mürəkkəbliyi və çoxşaxəli maraqlar onu çətin və bəzən ziddiyyətli istiqamətə yönəldir.

Bu kontekstdə ABŞ prezidenti Donald Trampın "ABŞ Avropanın problemi olaraq qalmalı olan Ukrayna münaqişəsinə qarışmamalı idi" deməsi siyasi proseslərdə Vaşinqtonun ehtiyatla davranmaq istədiyini göstərir. 


Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Sherg.az-a açıqlama verib:


"ABŞ prezidenti Donald Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl müharibəni bitirəcəyinə söz verdi. Rəsmi Vaşinqton indi də bunun üçün çalışır. Müharibənin bitməsi Ağ Evin maraqlarına uyğundur. Çünki ABŞ bir tərəfdən Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir, digər tərəfdən isə döyüşlər bitəndən sonra Ukraynaya investisiya qoymaq üçün tələsir. Üçüncü bir məqam isə odur ki, Şərqi Avropada müharibə bitəndən sonra Tramp administrasiyası bütün diqqətini Yaxın Şərqə yönləndirməyi hədəfləyir. Amma Trampın "ev tapşırığı" onun düşündüyü qədər asan olmadı. Vaşinqton ciddi böhranla üz-üzədir". 


Ekspert Rusiya- Ukrayna müharibəsinə görə ABŞ-nin Avropa ilə üzə-üzə qaldığını və iki tərəf arasında gərginliyin getdikcə artıdığını bildirib:

"Avropa ilə ABŞ-nin üz-üzə qalması perspektivdə NATO-nun parçalanmasına səbəb ola bilər. Belə bir vaxtda Tramp bütün məsuliyyəti keçmiş hakimiyyətin boynuna atır. Amma Bayden hakimiyyəti istəsə də, istəməsə də savaşın bir hissəsinə çevrilməli idi. Çünki müharibəyə Bayden administrasiyası özü rəvac verib. Krım məsələsinin gündəmə gətirilməsi, NATO-ya üzvlük vədi,  Ukraynanın silahlandırılması da əslində savaşda iştirak idi". 


Müsahibimiz sonda ABŞ-nin Trampın iddialarına rəğmən, proseslərdən kənarda qalmayacağını, Ağ Ev rəhbərinin blef etdiyini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 May 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri