Icma.az
close
up
RU
Müharibə başlayandan sonra ölən 10 rus general... Siyahı

Müharibə başlayandan sonra ölən 10 rus general... Siyahı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynada müharibənin başlamasından bəri Rusiya Silahlı Qüvvələrinin azı 10 generalı ölüb.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, onların bəziləri döyüş bölgəsində, digərləri isə Rusiya ərazisində sui-qəsd nəticəsində həyatlarını itiriblər.

Aprelin 25-də Moskva ətrafındakı Balaxışa şəhərində avtomobilin partlaması nəticəsində Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin müavini, general-leytenant Yaroslav Moskalik həlak olub. Rəsmilərin məlumatına görə, avtomobilə partlayıcı qurğu yerləşdirilib.

Bu hadisə Rusiya ərazisində son 4 ayda baş vermiş sayca ikinci sui-qəsd kimi qeydə alınıb. Belə ki, 17 dekabr 2024-cü ildə Radioloji, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov evinin qarşısında minalanmış elektrik skuteri ilə öldürülüb. Ukrayna Təhlükəsizlik Xidməti əməliyyata görə məsuliyyəti üzərinə götürüb.

Ukraynada müharibənin ilk dörd ayında 4 rus generalının ölümü təsdiqlənib. Onlar Andrey Suxoveçki, Vladimir Frolov, Kanamat Botaşev (ehtiyatda olsa da, “Vaqner” üzvü kimi döyüşlərə qatılıb) və Roman Kutuzovdır. Generallar ön xəttə olduqları üçün ya artilleriya, ya da atəş nəticəsində həlak olublar.

Ukraynanın 2023-cü ilin yayında başladığı əks-hücum əməliyyatından sonra isə azı 4 generalın öldüyü təsdiqlənib. 35-ci ümumqoşun ordusunun qərargah rəisi Sergey Qoryaçev raket zərbəsi nəticəsində ölüb. Cənub hərbi dairəsinin komandir müavini Oleq Tsokov da raket hücumu zamanı həyatını itirib.

14-cü ordu korpusunun komandir müavini Vladimir Zavadski minaya düşərək ölüb. 5-ci Donetsk motoatıcı briqadasının komandiri Pavel Klimenkonun rəsmən motosiklet qəzası səbəbindən öldüyü bildirilib, lakin hadisə zamanı ya dron zərbəsindən yayınmağa çalışdığı, ya da sərxoş olduğu iddia edilir.

Ukrayna mənbələri daha 7 generalın öldüyünü iddia etsə də, onlardan bəzilərinin – Maqomed Tuşayev, Vitaliy Gerasimov, Andrey Mordviçev – sağ olduğu və müharibədə iştirakını davam etdirdiyi video və fotolarla sübut olunub.

Ekspertlərə görə, Rusiya ordusundakı struktur problemlər – xüsusilə rabitə və logistik çatışmazlıqlar – generalların ön xəttə getməsinə səbəb olub. Bu da onları daha açıq hədəfə çevirib. Müharibənin sonrakı mərhələlərində isə qərb silahlarının dəqiqliyi və xüsusi əməliyyatlar yüksək rütbəli zabitlərin həyatını təhlükə altında qoyur.

Müqayisə üçün qeyd edək ki, ABŞ 20 illik Vyetnam müharibəsində cəmi 6 general itirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri