Icma.az
close
up
RU
Müharibə bir addımlıqda: İran ABŞ qarşıdurmasında kim kimin yanındadır? ŞƏRH

Müharibə bir addımlıqda: İran ABŞ qarşıdurmasında kim kimin yanındadır? ŞƏRH

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik balansı İran ilə Amerika Birləşmiş Ştatları arasında sürətlə dərinləşən gərginlik fonunda yeni və daha təhlükəli mərhələyə daxil olur.

Qarşılıqlı sərt bəyanatlar, hərbi fəallığın artması və diplomatik kanalların faktiki olaraq dalana dirənməsi tərəfləri açıq silahlı qarşıdurmanın bir addımlığına gətirib. Xüsusilə ABŞ-ın bölgədə hərbi mövcudluğunu gücləndirməsi və İranın buna cavab olaraq “istənilən ssenariyə hazırıq” mesajları verməsi vəziyyətin nə qədər həssas olduğunu açıq şəkildə ortaya qoyur.

Tehran son aylarda yalnız müdafiə mövqeyində qalmaq niyyətində olmadığını nümayiş etdirir və mümkün hücuma sərt cavab veriləcəyini açıq şəkildə bəyan edir. Eyni zamanda Vaşinqtonun artan təzyiqləri, sanksiyalar və hərbi siqnallar İran-ABŞ münasibətlərində kompromis imkanlarını minimuma endirir.

Maraqlıdır görəsən, İran-ABŞ müharibəsi başlayarsa, hansı ölkələr İranın mövqeyindən çıxış edəcək? Turkustan.az olaraq bu sualı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

İran ilə Amerika Birləşmiş Ştatları arasında gərginliyin getdikcə artması fonunda ABŞ-a məxsus "USS Abraham Lincoln"aviadaşıyıcı zərbə qrupu və onu müşayiət edən üç esmines gəmisinin İran sərhədlərinə yaxın Hürmüz hövzəsinə çatması eskalasiya riskini ciddi şəkildə yüksəldib. Həm ABŞ, həm də İran tərəfindən səsləndirilən son bəyanatlar göstərir ki, tərəflər bir-birinə qarşı olduqca sərt ritorikadan istifadə edirlər.

Xüsusilə İran tərəfinin son dövrlərdəki açıqlamalarına nəzər saldıqda, açıq təhdidlərlə yanaşı, təhrikedici mesajların da yer aldığını görmək mümkündür. İran istənilən hücuma hazır olduğunu bildirir və cavab olaraq ciddi zərbələr endirəcəyini bəyan edir. Bununla belə, bu mümkün qarşıdurmada Avropa Birliyinin mövqeyi hələ ki, açıq və konkret deyil.

Eyni zamanda, bəzi ölkələrin ABŞ-ın mümkün əməliyyatlarını dəstəkləyəcəyi ilə bağlı yayılan məlumatlar da mövcuddur. Xüsusilə İordaniya və Körfəz ölkələrinin ABŞ-a dəstək verə biləcəyi ilə bağlı xəbərlər müəyyən ehtimallar yaradır.

İranı dəstəkləyə biləcək qüvvələrə gəldikdə isə, uzun müddət Tehranın əsas dayağı rolunda çıxış edən proksi qüvvələr – “Hizbullah”, “Həmas”, husilər, “Həşd əş-Şaabi” və digər silahlı qruplar son üç il ərzində ciddi şəkildə zəiflədilib. Qəzzada “Həmas” ağır zərbələr alıb, Livanda “Hizbullah” ciddi itkilərə məruz qalıb və hər iki təşkilat demək olar ki, əsas rəhbər kadrlarını itirib. Husilərin hərbi potensialı son dövrlərdə xeyli azaldılıb, İraqda isə İrana bağlı silahlı qruplar ciddi nəzarət altına alınıb. Bu baxımdan, proksi qüvvələr vasitəsilə İranın ciddi hərbi təsir göstərə bilməsi real görünmür.

Açıq şəkildə ABŞ-a qarşı İranın yanında dayanacaq dövlətlərin olacağı gözlənilmir. Daha çox diplomatik səviyyədə etirazlar, bəyanatlar və siyasi mövqelər müşahidə oluna bilər. Son dövrlərdə İranı müxtəlif istiqamətlərdən dəstəklədiyi deyilən Çin və Rusiyadan da əsasən diplomatik fəallıqdan başqa ciddi hərbi və ya siyasi dəstək gözlənilmir. Yəni Çin və Rusiya dolayısı yollarla İranı dəstəkləyə bilsələr də, açıq qarşıdurmada ABŞ-a qarşı birbaşa mövqe tutmaları ehtimalı zəifdir.

Bununla yanaşı, son aylarda Rusiyadan və xüsusilə Çindən İrana müxtəlif vasitələrin intensiv şəkildə daşınması müşahidə olunur. Bu amil İranın daha cəsarətli və sərt mövqe sərgiləməsinə müəyyən mənada stimul verir.

Ümumilikdə, eskalasiyanın baş verib-verməyəcəyini dəqiq söyləmək çətindir. Lakin görünən odur ki, ABŞ-ın bölgəyə bu qədər hərbi qüvvə toplamasının əsas məqsədi İranı danışıqlar masasına qaytarmaq və öz şərtlərini qəbul etdirməkdir. Əks halda, ABŞ-ın İrana qarşı hərbi addımlar atması ehtimalı istisna edilmir. Çünki tərəflər arasında aparılan danışıqlar nəticə verməyib və ABŞ tərəfindən irəli sürülən dörd əsas şərt Tehran tərəfindən qəbul olunmayıb.

Bu şərtlərə İranın nüvə proqramının və ballistik raket istehsalının dayandırılması, regiondakı proksi qüvvələrə dəstəyin kəsilməsi, eləcə də 400 kiloqramdan artıq zənginləşdirilmiş uranın beynəlxalq nəzarətə verilməsi daxildir. Bundan əlavə, İranda baş verən etiraz aksiyaları zamanı etirazçılara qarşı edamların dayandırılması da ABŞ-ın əsas tələblərindən biri olub.

Hazırda yayılan məlumatlara görə, İranda saxlanılanların sayı minlərlə ölçülür. Rəsmi mənbələr bu rəqəmin 5 mindən artıq olduğunu bildirsə də, qeyri-rəsmi məlumatlara əsasən, real rəqəmlər açıqlananlardan xeyli yüksəkdir. Bu isə ABŞ-a İran üzərində təzyiqi artırmaq üçün əlavə əsaslar verə bilər.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Yanvar 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri