Icma.az
close
up
RU
ABŞ İran danışıqları təxirə salınan müharibə ŞƏRH

ABŞ İran danışıqları təxirə salınan müharibə ŞƏRH

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ ilə İran arasında danışıqlar olacaq. Bu, tərəflər arasında “vəd edilən” müharibənin bir müddət “təxirə salınacağı”, “ertələnəcəyi” deməkdir. Aprelin 12-də Omanın paytaxtı Ammanda ABŞ və İran nümayəndə heyətləri bir araya gələcək. Rəsmi Tehran tərəflər arasında birbaşa deyil, Omanın vasitəçiliyi ilə görüşün keçiriləcəyini bildirir.

Ağ Ev nümayəndə heyətinə Prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uittarker, İran təmsilçilərinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.

ABŞ ilə İslam Respublikası arasında 46 ilə yaxındır diplomatik münasibət kəsilsə də, Tehran və Vaşinqton rəsmiləri arasında görüşlər əvvəllər də reallaşıb. Ancaq o toplantıların əlaqələrin bərpasına heç bir əməli faydası olmayıb.

ABŞ İslam Respublikasına qarşı şəffaf olmayan nüvə proqramı ilə bağlı 30 il əvvəl sanksiyalar tətbiq etməyə başlayıb.

1995-ci ildə ABŞ birtərəfli qaydada İrana qarşı ticarət-iqtisadi sanksiyalar tətbiq edib. Qor-Çernomırdin memorandumunun (ABŞ vitse-prezidenti Albebert Qor və Rusiyanın Baş naziri Viktor Çernomırdin arasında imzalanan sənəd) imzalanmasından sonra isə Rusiya da İrana hərbi texnika tədarükünü dondurub. Bunun nəticəsində İran 570 ədəd T-72S tankı, mindən çox BMP, hava hücumundan müdafiə vasitələri, ehtiyat hissələr, 24 “MiQ-29” qırıcısı, 12 “Su-24MK” bombardmançısı, üç dizel sualtı qayığı "Varşavyanka", 422 “T-72S” tankı, 413 döyüş maşını, “S-200 ZRK” və s. ala bilməyib.

1996-cı ildə qəbul olunan qərarda bildirilib ki, İranın neft energetikası sahəsinə 20 milyon dollardan artıq sərmayə qoyan istənilən şirkət də sanksiyalara məruz qalacaq. Bundan başqa, həmin il aşağıdakı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilmişdi:

-banklararası fəaliyyətinə qadağa;

-“pozucu” şirkətlərin ABŞ-yə avadanlıq ixracı üçün lisenziyalarının ləğvi;

-ABŞ banklarından 10 milyon dollardan çox kredit almağın yasaqlanması;

-Ştatların şirkətlərinə “pozucu” şirkətə vəsait yatırmağa qadağa;

-ABŞ hökumətinin borc öhdəliklərinin alınmasının qadağa;

-ABŞ şirkətlərinə avadanlıq idxalının qadağası.

Sonrakı illərdə sanksiyalar bu kimi qadağalar əsasında tətbiq edilməyə başlanıb.

İranın atom-nüvə proqramı hələ Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti illərindən başlayıb. Ancaq 1979-cu il inqilabı proqramın davam etməsinə mane olub. İndiki hakimiyyət bunu qeyri-şəffaf şəkildə davam etdirdiyi üçün ABŞ-nin sanksiyasına məruz qalıb. Odur ki, 30 ildir Tehran hakimiyyəti nüvə proqramının şəffaf olduğunu beynəlxalq ictimaiyyətə sübut edə bilmir.

İki dəfə “altılıq” və ya “beş +1” (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya + Almaniya) ölkələri ilə İran arasında Tehranın nüvə proqramına dair razılığın əldə edilməsinə tərəflər yaxınlaşıb. Ancaq son anda müxtəlif səbəblərdən problemin həlli üçün “altılıq” və İslam Respublikası “geri dönüş” edib.

Belə ki, 2005-ci ildə hakimiyyətdaxili islahatçı xəttin nümayəndəsi, Prezident Məhəmməd Xatəminin hökuməti ilə qarşı tərəf razılığa gəlmək ərəfəsində olub. Həmin il keçirilən prezident seçkisində mühafizəkarların nümayəndəsi Mahmud Əhmədinejatın qələbə qazanması ilə danışıqlar təxirə salındı. Bununla da nüvə proqramına üzrə müzakirələr prezidentliyin iki dönəmi müddətinə, səkkiz il keçirilmədi. Bu dövrdə İrana qarşı sanksiyalar daha da sərtləşdirildi. O illərdə sanksiyaların həyata keçməsinə nəzarət gücləndirildi.

İslahatçı Həsən Ruhaninin 2013-cü ildə prezident olmasından sonra İranla “altılıq” ölkələri arasında danışıqlar bərpa olunub.

2015-ci il iyulun 14-də “altılıq” İranın nüvə proqramı üzrə Tehrana qarşı sanksiyaların bir qismini ləğv etməyə dair razılığa gəlmişdi.

Əhatəli Razılaşma üzrə Fəaliyyət Planı adlanan sazişə əsasən, İran AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmalı, Qərb ölkələri isə öz növbəsində İrandan sanksiyaları mərhələli şəkildə götürməli idi.

Razılaşmanın əsas bəndləri bunlar idi:

-İranın zənginləşdirilmiş uranının böyük hissəsi xaricə çıxarılacaq;

-İranın nüvə silahlanması sahəsindəki nailiyyətləri müşahidə ediləcək;

-İrandakı nüvə obyektlərinin heç biri sökülməyəcək;

-"Fordo" uran zənginləşdirmə zavodu uran zənginləşdirmə imkanları olmayan nüvə fizikası elmi-tədqiqat mərkəzinə çevriləcək;

-AEBA ölkədəki bütün nüvə obyektlərinə 15 il müddətinə giriş əldə edəcək. Bu da təşkilata İran nüvə proqramının yalnız sülh məqsədli olmasını izləməyə imkan verəcək;

-ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının sanksiyaları İranın nüvə proqramı ilə bağlı hərtərəfli müqavilə bağlandıqdan sonra ləğv ediləcək;

- “Altılıq” tərəfindən bəzi məhdudlaşdırıcı tədbirlər müəyyən müddət qüvvədə qalacaq, sonra ləğv ediləcək və s.

Həmin sənədə əsasən, İran 15 il ərzində uranı 3,67%-dən çox zənginləşdirməməyi və zənginləşdirilmiş uran ehtiyatlarını 300 kq-dan çox olmayan səviyyədə saxlamağı, həmçinin əlavə ağır su reaktorları tikməməyi, ağır su toplamağı (130 tondan çox) və nüvə partlayıcı qurğusu hazırlamamağı öhdəsinə götürmüşdü. Sazişə əsasən, AEBA mütəxəssisləri 25 il ərzində İranın nüvə obyektlərini monitorinq etməlidir və s.

Bu öhdəliklər yerinə yetiriləcəyi təqdirdə sənəd BMT, Aİ və ayrı-ayrı dövlətlər tərəfindən ticarət, texnologiya, maliyyə və enerji sahələrinə tətbiq edilmiş sanksiyaların mərhələli şəkildə ləğv edilməsini nəzərdə tutur.

Saziş bütün iştirakçılar tərəfindən ratifikasiya edilməli və BMT Təhlükəsizlik Şurasında təsdiqlənməli imiş. Onda ABŞ, Fransa şirkətləri İranla mülki aviasiya sahəsində əməkdaşlığa dair müqavilə imzalamışdı.

İranın dövlət aviadaşıyıcısı “Iran Air” ABŞ-nin məşhur “Boeing” aviakonserni ilə 80 sərnişin təyyarəsinin alınması üçün müqavilə imzalamışdı. 10 il müddətinə nəzərdə tutulan sövdələşmə 50 ədəd ən yeni “737 MAX 8” modelinin, 15 ədəd “777-300 ER” təyyarəsinin, eləcə də uzunməsafəli uçuşlar üçün 15 ədəd genişgövdəli "Boeing 777-9” təyyarəsinin alınmasını əhatə edirdi. Bu, 1979-cu il İslam inqilabından sonra ABŞ-İran arasında ən böyük sövdələşmə sayılırdı.

Müqavilənin dəyəri 16,6 milyard dollar qiymətləndirilirdi. Sövdələşmənin ABŞ, hökuməti tərəfindən təsdiqləndiyinə dair məlumat yayılmışdı. İlk təyyarənin 2018-ci ildə Tehrana çatdırılması planlaşdırılırdı.

2015-ci ildə ABŞ-də prezident seçkisi qabağı təbliğat kampaniyası zamanı ovaxtkı namizəd Donald Tramp İslam Respublikasının nüvə proqramının şübhəli olduğunu elan edəcəyini bildirmişdi. Prezident seçiləndən sonra 2018-ci ilin mayında ölkəsinin məlum plandan çıxarmaqla yanaşı, İranın neft-qaz sektoruna sanksiyaların tətbiqinin sərtləşdirilməsinə dair sərəncam vermişdi.

Bununla da İranla əldə edilən razılaşmalar, imzalanan müqavilələr donduruldu.

Trampdan sonrakı Prezident Cozef Bayden də sanksiyaları davam etdirib.

Onun hakimiyyəti zamanı Tehranyönlü HƏMAS, “Hizbullah” zəifləməsi, Bəşşar Əsəd rejiminin süqutu, habelə İsmayıl Həniyə, Yəhya Sanvar, Həsən Nəsrullah və başqa bu kimi tanınmış şəxslərin öldürülməsi İranın regiondakı mövqeyinə sarsıdıcı zərbə oldu.

İranla İsrail arasında qarşılıqlı raket atəşi vəziyyəti daha da gərginləşdirdi. Belə bir vəziyyətdə Donald Trampın İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə məktubu Tehran üçün müəyyən ümidlər yaratdı. İran rəsmiləri ABŞ və İsrailin hücumlarına cavab verəcəyini, hətta silahlı qüvvələrin hərbi döyüş hazırlığı vəziyyətinə gətirildiyini də bildirirdi.

Xamenei Trampa inanmadığı üçün onunla danışıqlara getməyəcəyini bildirirdi. O, ABŞ Prezidentini Sepah generalı Qasım Süleymaninin “qatili” adlandıraraq qisasını alacaqlarını iddia edirdi: “Amerika ilə danışıqlar qadağandır!”.

Ancaq buzlar əriməyə başlayıb. Çünki oxşar hadisə əvvəllər də baş vermişdi. 2015-ci ildə Xamənei ABŞ -nin ovaxtkı Prezidenti Barak Obama administrasiyası ilə danışığa getməyəcklərini vurğulayırdı. Ancaq 2015-c il iyulun 14-də Barak Obma ilə Əhatəli Razılaşma üzə Fəaliyyət Planının imzalanmasını Xamənei “qəhrəmancasına güzəştə getmək” adlandırırdı.

Amman toplantısından öncə Moskvada Çin, Rusiya və İran XİN nümayəndələri arasında Tehranın nüvə proqramı üzrə məsləhətləşmələr keçirilib. İslam Respublikası görüşdən əvvəl tərəfdaşlarının da məsələ ilə bağlı mövqeyini öyrənmək istəyir. Belə ehtimal etmək olar ki, bu toplantı Moskva, Pekin və Tehranın bu məsələdə ortaq mövqedən çıxış etməsinə hesablanıb. Çünki gələcəkdə İran məsələsi ABŞ, lideri və ya rəsmiləri ilə Çin və Rusiya başçıları təmsilçiləri arasında müzakirə də oluna bilər.

Amman görüşü İrana nə vəd edə bilər? İranın istəklərini təxminən belə qruplaşdırmaq olar:

-hakimiyyətin dəyişməməsi;

-Ağ Evin bu məsələyə təminat verməsi;

-nüvə proqramının tamamilə aradan qaldırılmaması;

-10 il öncə əldə edilən razılaşmanın icra edilməsi;

-ABŞ-də və başqa ölkələrdəki maliyyə vəsaitlərinə tətbiq edilən həbslərin aradan qaldırlması;

- Fələstində, o cümlədən Qəzza zolağında fəaliyyətinin uzalaşdırılması;

-ABŞ və İsrailin təzyiqləri azaltması və s.

Bundan başqa, İran Suriya və İraqda ənənəvi fəaliyyətindən imtina edir, Yəməndə husilərin hücum etməyəcəyinə təminat verir. Yaxın Şərqdə müxtəlif pozucu qüvvələri dəstəkləməyəcəyini vəd edir. Ölkə daxilində insan hüquqlarının pozulmasının (hicab və s. ) qarşısının alınacağına dair öhdəlik götürür və başqaları.

Belə ehtimal etmək olar Ştatlar İslam Respublikası qarşısında bu kimi şərtləri irəli sürə bilər:

-ABŞ-də İrandan nüvə silahı əldə etməyəcəyinə dair irəli sürdüyü iddianın isbatlanması;

-tərəflər arasında etimad mühitinin yaradılması üçün Ağ Ev İrandan ideoloji şüarlardan imtina etməsini tələb edir;

-İraq və Suriyanın daxili işinə qarışmamasını tələb edir;

-Raket və dron istehsalı ilə məşğul olan hərbi müəssisələrdə monitorinqin keçirilməsinin təmin olunmasını istəyir;

-Silah, hərbi texnika, habelə dron satışında şəffaf olmasını tələb edir;

-Cənubi Qafqazda pozuculuq fəaliyyətdən əl çəkməsini istəyir və s.

On il öncə ilə müqayisədə İran hakimiyyəti ABŞ və İsrailə qarşı müqavimət göstərməkdə siyasi-ideoloji, hərbi və ictimai dəstək baxımından zəifləyib. Ona görə də Amman görüşü daha çox rəsmi Tehranın Vaşinqtona uduzması kimi də dəyərləndirilə bilər. Çünki İranın iki yolu var: müharibə və danışıq.

Xaricdəki qüvvələri zəiflədiyindən və sıradan çıxarıldığından onun qarşı tərəflə müharibə etməsi mümkün görünmür. Ona görə də Tehran danışıq yoluna üstünlük verib. Danışıq isə reallıq qarşısında təslim olmaqdır. Bu baxımdan, on il əvvəl ölkə lideri Obama ilə Planın imzalanmasını “qəhrəmancasına güzəştə getmək” adlandırırdısa, buna “qəhrəmancasına kapitulyasiya” deyə bilər.

Hər iki hal hakimiyyəti də daxil olmaqla İranın ziyanına nəticələnir. Çünki 20 il öncə Tehran daha üstün mövqedə idi. Amman görüşü islahatçı prezidentlərin ABŞ ilə yaxınlaşma üçün üçüncü cəhdidir. Çünki hazırkı hökumətin başçısı Məsud Pezeşkian hələ seçkiqabağı kampaniya zamanı danışıqlara qapılarının açıq olduğunu bildirmişdi. Üçüncü cəhd mövcud hakimiyyətlə bağlı bir sıra suallara, məsələlərə də aydınlıq gətirə bilər. Atalar üçdən deyib. Bu deyim İran üçün də keçərli olacaq?! Odur ki, Oman, Amman danışıqlarını gözləyək.

Sədrəddin Soltan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see135

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see130

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see124

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see119

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see119

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see114

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see113

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see113

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see112

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see111

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see110

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see110

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see110

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see110

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək?

11 Aprel 2025 01:24see109

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see109

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see109

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see109

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri