Icma.az
close
up
RU
Müharibə canilərini təmizə çıxarmaq cəhdləri əbəsdir

Müharibə canilərini təmizə çıxarmaq cəhdləri əbəsdir

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə üzrə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın və digər erməni separatçılarının, müharibə canilərinin barəsində cinayət işləri üzrə məhkəmə prosesi davam etdikcə erməni lobbisindən maliyyələşən liberal-qlobalist dairələrin Azərbaycana qarşı əsassız ittihamları, qaralama kampaniyaları da səngimək bilmir. ABŞ-ın bir qrup ermənipərəst senatorunun Bakıda ədalət məhkəməsinə cəlb edilmiş həmin erməni əsilli cinayətkarların müdafiəsinə qalxması da sözügedən qaralama kampaniyalarının tərkib hissəsidir.
Həmin ermənilər amerikalı senatorların iddia etdikləri kimi heç də sıradan mülki şəxslər və ya "hərbi əsir"lər deyil. Onlar Azərbaycan dövlətçiliyinə qarşı qanunsuz silahlı fəaliyyətlərə yol vermiş, konstitusiya quruluşunun əleyhinə çıxaraq ərazilərimizdə separatçılığın baş qaldırmasına dəstək vermiş və Azərbaycan xalqına qarşı kütləvi qətliamların, teraktların törədilməsində iştirak etmiş qatı cinayətkar şəxslərdir. Məhz buna görə də onlar beynəlxalq hüquqa və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb ediliblər. Amerikalı senatorların bu cür ağır cinayət əməlləri törətmiş şəxsləri ciddi-cəhdlə müdafiə etmələri absurddur və beynəlxalq hüquqa, ədalətə qarşı açıq şəkildə hörmətsizlikdir.
Həmin senatorlar çürük liberal-qlobalizm cərəyanının carçısı olan Bayden dövrünün törtöküntüləridir. Onlar Bayden administrasiyasının yürütdüyü ermənipərəst xəttə sadiqliklərini davam etdirərək bu gün ermənilərin özlərindən artıq erməniçilik edir və hazırkı ABŞ Prezidenti Donald Trampın kursuna zidd olaraq Cənubi Qafqazda gərginliyin davam etməsinə, Azərbaycan-Ermənistan normallaşma prosesinə mane olmağa çalışırlar. Demokrat Partiyasından olan bu senatorların qızışdırıcı bəyanatları birbaşa Ermənistanın revanşizmə təhrik edilməsinə hesablanıb. Onların təxribatçı çağırışları Azərbaycanın suveren məhkəmə proseslərinə açıq müdaxilə cəhdidir.
Lakin bu cür çağırışlar və təzyiqlər Azərbaycanı öz haqq yolundan döndərə bilməz. Azərbaycan qətiyyətli siyasi iradə nümayiş etdirərək bütün separatçıların və müharibə canilərinin tam ifşasına və layiqli cəzalarını almalarına nail olacaq. Separatçılara hər hansı güzəşt ola bilməz. Bu gün heç bir ölkə separatçıların nazıyla oynamır. Azərbaycan da separatçılığın kökünü qazımaq və öz suverenliyini, ərazi bütövlüyünü qorumaq ixtiyarına malikdir. Bu baxımdan ABŞ senatorlarının, fransalı ictimai xadimlərin, rusiyalı Z-blogerlərin erməni lobbisinin şirnikləndirmələri ilə Ruben Vardanyan, Araik Harutyunyan, Arkadi Qukasyan və s. kimi müharibə canilərini təmizə çıxarmaq, onları beynəlxalq ictimaiyyətə "əzabkeş" obrazında təqdim etmək cəhdləri əbəsdir.
Bu gün Bakı Hərbi Məhkəməsində mühakimə olunan şəxslərin "hərbi əsir" kateqoriyasına aid edilməsi əsla mümkün deyil. Onlar Ermənistan ordusunun əsgər və zabitləri deyillər ki, hərbi əsir sayılsınlar. Bu şəxslər məhz separatçılıq, terrorçuluq, təcavüzkarlıq, soyqırımları zəminində Azərbaycana qarşı çoxsaylı cinayətlər törədiblər. İnsanlıq əleyhinə cinayət törədənlərə "vəkil"lik etməyin, cənablar!
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Dekabr 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri