Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
"Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir”.
Bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə "bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlərini son illərdə daha da inkişaf etdirib.
O, Azərbaycan və Türkiyə arasında münasibətlərin Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə nəticəsində "xəyalların belə fövqündə” inkişaf etdiyini bildirib.
B. Yıldırım iki ölkənin yaxınlaşmasını istəməyən qüvvələrin müxtəlif süni gündəmlər yaradaraq Azərbaycanla Türkiyənin arasını vurmağa çalışdığını deyib.
"Amma bunlar əbəs cəhdlərdir. Mən sadəcə gülümsəyib keçirəm”, - Binəli Yıldırım qeyd edib.
///apa.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 08 Oktyabr 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















