Icma.az
close
up
RU
Analitik: Rusiya sanki Azərbaycana xəbərdarlıq etməyə çalışır, ancaq bilməlidir ki, cəhdləri əbəsdir

Analitik: Rusiya sanki Azərbaycana xəbərdarlıq etməyə çalışır, ancaq bilməlidir ki, cəhdləri əbəsdir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub. Bu barədə “RBK-Ukrayna”ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib. Mənbələrin məlumatına görə, yanğın qısa zamanda lokallaşdırılıb. Zərbələr nəticəsində 4 əməkdaş ağır yaralanıb, onlara təcili tibbi yardım göstərilib. Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır. Son günlər Rusiyanın hərbi əməliyyatları, xüsusən də Ukraynaya qarşı enerji infrastrukturu hədəflərinə yönəlmiş zərbələri regionun strateji nəqliyyat və enerji xətlərinə birbaşa təhlükə yaratmaq potensialına sahibdir. Bu kontekstdə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin gələcək təhlükəsizliyi ilə bağlı narahatlıqlar əsassız deyil. 2008-ci ildə Gürcüstan müharibəsi zamanı Rusiya ordusunun fəaliyyəti nəticəsində BTC-nin “təsadüfi hədəfə” çevrilməsi ehtimalı ciddi müzakirələr doğurmuşdu. O vaxt Rusiya ilə Azərbaycan münasibətləri nisbətən isti idi və Moskva Bakını strateji tərəfdaş kimi qəbul edirdi. Lakin bu gün vəziyyət tam fərqlidir, artıq dörd aydır ki, iki paytaxt arasında yüksək səviyyəli heç bir rəsmi təmas olmayıb. Bu, Moskvanın Bakı ilə münasibətlərindəki soyuqluğun artdığını göstərir. Son hadisələr bunu daha aydın göstərir. Avqustun 5-də Rusiya Ukraynanın Odessa vilayətində yerləşən “Orlovka” qaz-kompressor stansiyasını vurub. Həmin stansiya Avropadan Azərbaycana məxsus qazın Ukraynaya “reverse” marşrutu ilə çatdırılması üçün mühüm əhəmiyyət daşıyırdı. Rusiya bu addımı ilə təkcə Ukraynanı deyil, eyni zamanda Azərbaycan-Ukrayna enerji əməkdaşlığını da hədəfə almış oldu. Bu, Moskvanın regionda enerji körpülərini qırmağa, qonşularının iqtisadi manevr imkanlarını məhdudlaşdırmağa yönəlmiş strategiyasının bariz nümunəsidir. Bakı isə uzun illərdir ki, qonşularla, o cümlədən Rusiya ilə balanslı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər saxlamaya çalışır. Lakin Moskvanın post-sovet məkanındakı tərəfdaşlarını bərabərhüquqlu aktorlar kimi deyil, öz geosiyasi planlarının aləti kimi görməsi qarşılıqlı etimadı aşındırır. Azərbaycan regionda müstəqil enerji siyasəti yürüdən yeganə oyunçu olaraq, Rusiya üçün strateji təzyiq obyekti ola bilər. Bu təzyiqin ən real forması isə BTC kimi beynəlxalq əhəmiyyətli infrastrukturun “texniki qəza” bəhanəsi ilə sıradan çıxarılması ola bilər.


Siyasi şərhçi İlyas Hüseynov "Sherg.az"a açıqlamasında ötən ilin dekabr ayında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Rusiya tərəfindən vurulmasına diqqət çəkərək bu hadisənin Rusiya-Azərbaycan münasibətlərini korladığını vurğulayıb. Ekspert qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı haqlı tələblərini irəli sürdükdən sonra Rusiya həmin tələbləri yerinə yetirmək əvəzinə münasibətləri daha da gərginləşdirəcək fəaliyyətlə məşğul olmağa başlayıb: 


"Artıq iş o yerə çatıb ki, Rusiyanın müxtəlif media orqanlarında vaxtilə Ukrayna haqqında yazılan, səsləndirilən tezislər, fikirlər indi Azərbaycanla bağlı dilə gətirilir. Azərbaycan haqqında tamamilə əsassız fikirlərin şahidi oluruq, bu isə Bakı-Moskva münasibətlərinə ciddi zərbə vurur. Özünə qardaş olan Ukrayna xalqına qarşı vəhşiliklər törədən Rusiyanın digər ölkələrə və xalqlara qarşı törətdikləri təəccüblü deyil. Rusiya rüsvayçı vəziyyətə düşüb. Bu dövlət postsovet məkanında faktiki olaraq Ermənistandan sonra ikinci işğalçı ölkədir. Belə məsələlərə görə postsovet məkanı Rusiyadan üz döndərir. Xatırlatmaq yerinə düşər ki, bu gün Rusiyanın Gürcüstana qarşı işğalçı müharibəyə başlamasının 17-ci il dönümüdür”. 


Analitik vurğulayıb ki, Rusiyanın təsir vasitəsi hesab etdiyi MDB-nin durumu ürəkaçan deyil, qurum faktiki olaraq dağılır: 

"Moldova oranı tərk edib, Azərbaycan onun tədbirlərinə qatılmır: "Rusiyanın Azərbaycana qarşı hazırkı addımları həm də 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik haqqında bəyannamənin ruhuna ziddir. Ukraynanın Odessa vilayəti istiqamətində qaz kəməri sistemi və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin hədəfə alınması, növbəti dəfə zərbələrin Azərbaycanın maraqlarının təmsil olunduğu yerə tuş gəlməsi heç də təsadüfi deyil. Bununla Rusiya diqqəti öz üzərinə çəkmək istəyir. Rusiya sanki Azərbaycana xəbərdarlıq etməyə çalışır, ancaq bilməlidir ki, cəhdləri əbəsdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Avqust 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri