Icma.az
close
up
RU
Müharibə dondurularsa, bir neçə ildən sonra Putin geriyə dönüb Ukraynanı məhv edəcək Zelenski

Müharibə dondurularsa, bir neçə ildən sonra Putin geriyə dönüb Ukraynanı məhv edəcək Zelenski

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rusiya Şimali Koreya, İran və digər müttəfiqləri ilə birlikdə döyüşür, biz isə döyüş meydanda təkbaşına döyüşürük..."

Ukraynanı uzaqvuran silahla gücləndirmədən və NATO-ya dəvət etmədən müharibənin dayandırılması barədə danışıqlar ola bilməz.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Avropa Şurasının prezidenti Antoniu Koşta ilə birgə mətbuat konfransında bəyan edib. Məlumatı "unn.ua" nəşri yayıb.

Ukraynanı hiss ediləcək dərəcədə gücləndirmədən müharibənin dondurulması Rusiya diktatoru Vladimir Putinin işğalçı qoşunlarının bir neçə ildən sonra Ukraynanı məhv etmək üçün geriyə dönməsinə gətirib çıxaracaq.

Zelenski deyib ki, o, heç vaxt münaqişənin potensial olaraq dondurulmasının Ukrayna üçün yaxşı variant olacağını deməyib. "Əgər Ukraynanın hər-hansı güclü mövqeyi olmadan münaqişə dondurularsa, Putin 2, 3 və ya 5 ildən sonra geriyə dönəcək və bizi tamamilə məhv edəcək", - Zelenski qeyd edib.

Bu zaman prezident vurğulayıb ki, atəşkəslə bağlı danışıqlar müharibənin ağır fazasına son qoyulandan və Ukrayna tərəfdaşları tərəfindən gücləndiriləndən sonra ola bilər.

O cümlədən, Ukrayna Qələbə planına uyğun olaraq o cümlədən kifayət qədər silah, müxtəlif tip və növ uzaqvuran silahla gücləndirilməlidir. Onun sözlərinə görə, Ukrayna müvafiq silahların siyahısını ABŞ və Avropa tərəfdaşlarına təqdim edib. Bundan başqa, Ukraynanın gücləndirilməsinin daha bir vacib bəndi onun NATO üzvlüyünə dəvət almasıdır.

"Bütün bunlara malik olandan və möhkəmləndikdən sonra biz bu və ya digər qatillə görüşün vacib və aydın gündəliyini işləyib hazırlamalıyıq. Onların kim olması, hansı nümayəndəsi olmasının əhəmiyyəti yoxdur. Mənə görə bunlar bir simadır. Ona görə də bunları əldə edəndən sonra əyləşib danışa bilərik", - prezident deyib.

Eyni zamanda o, danışılqlar masası arxasında kimin əyləşməli olduğunu izah edib. "Əlbəttə, danışıqlar masası arxasında rusiyalılar, Ukrayna və prezident Antoniu Koştaya dediyim kimi, Avropa İttifaqı və NATO əyləşməlidir. Nədən? Çünki biz özümüzü gələcəkdə həm Avropa İttifaqı, həm də NATO-nin təhlükəsizliyinin bir hissəsi kimi görürük", - Zelenski deyib.

Onun sözlərinə görə, ən mürəkkəb məsələ belə danışıqların nəyi əhatə etməsidir. Çünki əgər Rusiya tərəfi hər-hansı sülhü istəmirsə, Ukraynanın gələcəkdə müstəqil olmasını istəmirsə, o zaman nədən danışmaq olar ki? - prezident sual edib.

O, xatırladıb ki, Ukrayna NATO-ya bütün ərazisi üçün dəvət almasını istəyir, amma heç vaxt Alyansdan Ukrayna ərazisində öz qoşunlarının yerləşdirilməsini xahiş etməyəcək.

"Əlbəttə, əgər biz Rusiyanın və Putinin hərbi müdaxiləsinə qarşı təkbaşına müqavimət göstərməsəydik, xoşbəxt olardıq. Çünki Putin Şimali Koreya, İran və digər müttəfiqləri ilə birlikdə döyüşür, biz isə təkbaşına döyüşürük. Bəli, tərəfdaşlarımız bizə yardım edir, çox sağ olsunlar, lakin döyüş meydanında biz yalnız özümüz döyüşürük", - Zelenski qeyd edib.

Bu zaman o, nədən NATO qoşunlarının müharibəyə göndərilməsini xahiş etməyəcəyini izah edib. "Əgər mən bu mövzunu gündəliyə gətirsəm, müttəfiqlərimizin yarısı bizə dəstəyini dayandıracaq. Ona görə də mən risk edə bilmərəm", - Zelenski vurğulayıb.

Mətbuat konfransında Zelenskinin digər bəyanatları

Zelenski həmçinin bəyan edib ki, Ukrayna Rusiya tərəfindən ərazilərinin işğalını heç vaxt tanımayacaq və ərazisinin yalnız bir hissəsi üçün NATO üzvlüyünə razı olmayacaq. 

Onun sözlərinə görə, Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti NATO, iqtisadi zəmanət isə Avropa İttifaqıdır.

Bundan başqa, Zelenski Ukraynanın NATO-ya dəvət edilməsinə skeptik yanaşan ölkələrim adlarını açıqlayıb. Onun sözlərinə görə, bunlar Macarıstan və Almaniyadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri