Zelenski: Müharibə dövründə seçkilər Ukraynanı parçalaya bilər
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Müharibə dövründə seçkilərin keçirilməsi Ukraynanın dağılmasına və parçalanmasına gətirib çıxara bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bəyan edib.
"Hesab edirəm ki, belə müharibə şəraitində seçkilərə doğru getsək, ölkəni dağıda bilərik. Tərəfdaşlarımız cəbhə xəttindəki hərbçilərin və xaricdəki milyonlarla vətəndaşımızın təhlükəsiz, leqitim və demokratik iştirakı üçün konkret şərtlər təklif etsələr, bunu müzakirə etməyə hazırıq. Lakin indiki şəraitdə, Putin atəşkəs variantı olmadan hərəkət edərkən bu qeyri-mümkündür. İndi seçki keçirmək dövlət üçün ölkəni böləcək bir tsunamidir", — V.Zelenski vurğulayıb.
Dövlət başçısı həmçinin keçmiş Müdafiə naziri Mixail Fedorovun istefasına qarşı keçirilən etiraz aksiyalarına toxunaraq, insanların etiraz etmək hüququnu demokratiya göstəricisi kimi qiymətləndirib, lakin cəmiyyəti müharibə vaxtı daxili düşərgələrə bölünməməyə çağırıb.
Xatırladaq ki, keçmiş Müdafiə naziri M.Fedorov avqustun 19-da xalqa müraciət edərək müharibə şəraitində seçkilərin keçirilməsi üçün hüquqi və təhlükəsiz mexanizmlərin tapılmasının vacibliyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 23 Avqust 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















