Müharibə hazırlıqları SÜRƏTLƏNİR Rusiya və Avropa savaşın BİR ADDIMLIĞINDA
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa ilə Rusiya arasında Ukrayna müharibəsi fonunda başlayan gərginlik günü-gündən daha da artır. Avropanın əksər ölkələri özlərinin sərhədlərini möhkəmləndirmək, müdafiə qüdrətlərini artırmağa mühüm önəm verməyə başlayıblar. Həmin istiqamətdə daha çox fəallıq göstərənlər Rusiyaya coğrafi baxımdan daha yaxın olan Baltik ölkələri, Polşa ilə yanaşı, Almaniya, Fransa və Böyük Britaniyadır.
Avropada savaş hazırlıqları
Polşa hakimiyyəti Belarusla sərhəddə müdafiə xətti çəkir. Belə ki, Varşava Podlyask voyevodluğunda ikinci hasarın tikintisinə başlayıb. Gələn ilin yanvarına qədər bu istiqamətdə işlərin tamamlanması planlaşdırılır. Maneə 4 metr hündürlüyündə metal tor şəbəkədən ibarət divar olacaq, habelə, hasarın yanında tikanlı məftil yerləşdiriləcək.
Qeyd edək ki, Polşa hələ 2022-ci ildə Belarusla 180 km-lik sərhədini 5,5 metr hündürlüyündə metal baryerlə örtüb. 2024-cü ildə bu baryerin modernləşdirilməsi işləri aparılıb.
Öz ordusunun gücləndirilməsinə diqqəti artıran Almaniya isə məcburi hərbi xidməti bərpa etmək ərəfəsindədir.
Ən azından Fridrix Mers hökumətinin buna çalışdığı göz önündədir. Hökumət bu addıma getməyin orduda kəskin kadr çatışmazlığını aradan qaldırmağın vacib olması ilə əsaslandırır. Aydın məsələdir ki, buna rəvac verən başlıca amil isə Rusiyanın təhdidləridir.
Onu da qeyd edək ki, Almaniyada 2011-ci ildə məcburi hərbi xidmət ləğv edilib.
Rusiya da boş dayanmır...
Rusiya da öz növbəsində Qərb cinahında hərbi cəhətdən möhkəmlənməyə çalışır. Moskva “Oreşnik” raketlərini Belarusda yerləşdirməkdə israrlıdır. Belarus prezidenti Aleksandr Lukaşenko mətbuata açıqlamasında cari ilin dekabrında “Oreşnik” raket sisteminin döyüş hazırlığı vəziyyətində ölkəsində yerləşdiriləcəyini təsdiqləyib. Üstəlik, rəsmi olaraq təsdiqlənməsə də, “Burevestnik” raketlərinin də Belarusa yerləşdiriləcəyi ilə bağlı fikirlər gündəmdədir.
Bütün bunlar Rusiya ilə Avropa arasında gərginliyin artmasının növbəti nümunəsidir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Rusiya ilə Qərb arasında birbaşa qarşıdurma tam realdır:
“Rusiya ambissiyalarından əl çəkməyincə, Ukraynada işğala son qoymayınca, bu ölkənin beynəlxalq təhlükəsizlik üçün yaratdığı təhlükələr də qalmaqda davam edəcək. Moskva son zamanlar Avropaya qarşı iddiasını da açıq şəkildə bildirməyə başlayıb”.
Müsahibimiz qeyd edib ki, Rusiyanın Avropa ilə müharibə aparmağa lazımi potensialı yoxdur:
“Buna baxmayaraq, müharibə, təhdid ritorikasından istifadə edərək, Avropanı da sürətlə silahlanmağa məcbur edir. Putin hakimiyyətdə qaldıqca, beynəlxalq sülh üçün təhdid də qalmaqda davam edəcək. Ona görə Qərb də əks-tədbirlər görməlidir və görürlər”.
"Qərb Rusiyanın əyalət dövlətinə çevrilməsində maraqlıdır".
Politoloqun fikrincə, tərəflər arasında birbaşa toqquşmanın olub-olmayacağı Putinin yerində qalıb-qalmaması və yaxud onun yerinə kimin gələcəyindən asılıdır:
“Ümumiyyətlə Qərb artıq bu nəticəyə gəlib ki, Rusiya təhlükəsini birdəfəlik aradan qaldırmaq və bu ölkəni birdəfəlik əyalət dövlətinə çevirmək lazımdır”.
Rüfət Sultan, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















