Müharibə iştirakçıları üçün kiçik bizneslər yaradılıb
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kişi bərbərxanası və s. fəaliyyət istiqamətləri üzrə kiçik biznes sahələrini yaradıblar.
Onlar göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını genişləndirməyə səy göstərəcəklərini bildiriblər.
Qeyd edək ki, Vətən müharibəsindən sonrakı dövrdə 13 min 350-dək, o cümlədən bu il 1000 nəfərə yaxın müharibə iştirakçısı üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 02 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















