Icma.az
close
up
RU
Müharibə kölgəsində sülh axtarışı ŞƏRH

Müharibə kölgəsində sülh axtarışı ŞƏRH

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda İstanbul növbəti dəfə tərəflər arasında danışıqlara ev sahibliyi etdi. Türkiyənin vasitəçiliyi ilə keçirilən bu görüş, hər iki tərəfin diplomatik yolla çıxış axtarışını davam etdirdiyini göstərir. Danışıqların əsas məqsədi döyüşlərin dayandırılması, humanitar dəhlizlərin açılması və münaqişənin siyasi həll yollarının araşdırılması olub.

Danışıqlar İstanbulun Dolmabaxça sarayında baş tutub. Hökumət nümayəndələri ilə yanaşı hər iki tərəfdən diplomatik və hərbi təmsilçilər də görüşlərə qatılıb.  Görüş zamanı Ukrayna tərəfi özünün neytral status əldə etməyə hazır olduğunu və təhlükəsizliyinin beynəlxalq zəmanətlərlə təmin edilməsini tələb etdiyini açıqlayıb. Bu, Ukraynanın NATO üzvlüyünə dair əvvəlki istəklərindən geri çəkilməyə hazır olduğuna işarə kimi dəyərləndirilir. Rusiya tərəfi isə bu kimi addımları “prinsipial irəliləyiş” kimi qiymətləndirib, lakin bildirib ki, Krımın statusu və Donbas bölgəsindəki vəziyyətlə bağlı güzəştlər hələ də mümkün deyil.

Danışıqlardan sonra hər iki tərəf birbaşa atəşkəs barədə razılığa gəlməsə də, müəyyən sahələr üzrə ortaq mövqelər formalaşıb. Xüsusilə, mülki əhalinin təxliyəsi, əsir dəyişməsi və humanitar yardım məsələlərində ilkin razılaşmalar əldə olunub. Tərəflər danışıqları davam etdirmək barədə prinsipial razılığa gəliblər.

Beynəlxalq ictimaiyyət İstanbul görüşünü ehtiyatlı nikbinliklə qarşılayıb. Avropa İttifaqı və BMT danışıqları dəstəklədiyini və hərbi əməliyyatların dayandırılması üçün bu cür təşəbbüslərin vacib olduğunu vurğulayıb.

Türkiyədə son seans danışıqlar əsnasında hansısa bir ciddi nəticəni gözləmək özü bir sadəlövhlükdür. Tək ona görə yox ki, Ukrayna tərəfi burada çox uğurla "hörümçək əməliyyatı"nı həyata keçirdi. Məsələ burasındadır ki, artıq burda iki qütb savaşı baş verir. Yəni, Rusiya özü-özlüyündə öz müttəfiqləri və Ukrayna ətrafında yığılmış müttəfiqlər qrupu ilə. 

Bu həqiqətən də belədir ki, artıq 50-dən çox ölkə bu prosesə cəlb olunub. Bu zarafat deyil. Diqqətlə yanaşsaq, görərik ki, burda dünya müharibəsinin işarələri özünü büruzə verir. Məsələ ondadır ki, tərəflərin məqsədləri ayrı-ayrıdır, yəni, bir-birindən fərqlənir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində politoloq Tofiq Abbasov deyib.

Ekspertin fikrincə, atəşkəs bu yaxında olmayacaq. Çünki, Rusiyanın strateji məqsədi ondan ibarətdir ki, Ukraynadan çox sayda ərazi əldə etsin. Daha sonra Ukraynanın dənizlərə çıxışını bağlasın. Bu o deməkdir ki, Rusiya Odessa, Nikolayev və digər dənizkənarı şəhərləri götürəcək.

"Hörümçək əməliyyatı"ndan sonra da vəziyyət xeyli gərginləşib və demək olar ki, indi top Rusiyanın tərəfindədir. Bizə bəlli olan odur ki, əlli mindən artıq hərbi kontingent hazırda Sumı vilayətinin ərazisində cəmləşib. Yəni, Rusiya indi ya hücuma keçəcək, ya ona əks-hücum da demək olar, amma məqsəd bundan ibarətdir ki, həqiqətən də Ukraynaya təsirli bir zərbə endirilsin. Burda məsələnin müqəddaratında Avropa üçlüyünün iştirakı var".

Tofiq Abbasov bildirir ki, Paris, London və Berlin ciddi cəhdlə çalışırlar ki, Kiyevi öz tərəflərindən buraxmasınlar. Trampın sülh çağırışları fonunda əksinə, müharibəni davam etdirsinlər. Artıq meydana yeni bir çalar da gəlib. Demək Avropa İttifaqı, NATO bildirir ki, guya Ukraynanı öz sıralarında görmək istəyirlər. Bunların hər biri ayrı-ayrı qurumlardır; hərbi-siyasi, siyasi, geosiyasi və geoiqtisadi. Əlbəttə ki, burda vəziyyətin gərginliyi ondan ibarətdir ki, bir halda ki, bu ölkənin gələcəyi ilə bağlı böyük bir qaranlıq var, müqəddaratı ilə bağlı əmmalar var, müəmmalar var. Hansı şəkildə Avropa İttifaqı ya NATO onu öz sıralarına qəbul edəcək?

Ekspertin fikrincə, burda söz siyasi avansdan gedir. Yəni, Ukraynanı bir növ şirnikləndirirlər. Onu ruhlandırırlar ki, sən müharibəni dayandırma, Rusiyanı maksimal dərəcədə zəiflət. Biz isə üzərimizə düşən məsələləri həll edəcəyik. Amma bunlar elə məsələlər deyil ki, yüngül bir tərzdə həllini tapsın. Ən azı əgər Avropa İttifaqına üzvlükdən söhbət gedəcəksə, orda iki-üç dövlət var ki, qəti surətdə Ukraynanı orda görmək istəmirlər. Bunlardan biri Polşa, biri Macarıstan, digəri isə Slovakiyadır.

Politoloq hesab edir ki, NATO-ya qeyri-müəyyən tərzdə hələ ki mövcudluğunu qoruyub saxlaya bilən Ukrayna lazım deyil. NATO-ya başağrı da lazım deyil. Əlbəttə bunlar hamısı ona görə edilir ki, Ukraynanı müharibədən geri çəkməsinlər. Əksinə, Zelenskinin vasitəsilə o ki açıq-aşkar burda Rusiya ilə dirəniş göstərir, o onların gözləntilərini doğrultsun.

“Düşünürəm ki, bu proseslərdə əlbəttə ki hələ atəşkəs perespektivi nəinki aydın, ümumiyyətlə görünmür. Əgər danışıqlardan söhbət gedirsə, biz anlayırıq ki, Putin bildirib ki, birmənalı şəkildə mən Zelenskini tanımıram, onunla danışıqlara oturmayacam. Baxmayaraq ki, hazırda Türkiyə yeni bir platforma formalaşdırır ki, böyük bir konfrans keçirsin və Ukrayna böhranının qarşısını almaqdan ötrü bütün ölkələrin rəhbərlərini dəvət etsinlər, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və s. Amma mənə elə gəlir ki Putin bu proseslərdə iştirak etməyəcək. Ola bilsin ki, indi Türkiyə diplomatiyası həqiqətən də çox tutarlı bir ideya ilə təşəbbüs göstərir, ancaq bu təşəbbüs reallaşacaq yoxsa yox. Bax məsələ də budur. Düşünürəm ki, hələ atəşkəsə çox qalıb. Ən azı bir-iki il müharibə gedəcək”, - deyə Tofiq Abbasov vurğulayıb.

Aminə Nəzərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 04 İyun 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18 İyun 2026 21:52see254

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see251

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see241

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see228

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see222

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see209

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see204

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see194

Nyu Yorkun məşhur meydanında atəş açıldı Anbaan video

19 İyun 2026 02:12see186

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see184

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see182

Kanye Uestin qızı ilk konsert turuna çıxır…

18 İyun 2026 21:07see182

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see180

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur İlahiyyatçı

18 İyun 2026 21:03see173

19 iyunun qoroskopu Onlar üçün əlamətdar gündür

19 İyun 2026 00:03see172

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see170

Alleqri “Napoli”yə gedir 3 illik müqavilə imzalanacaq

19 İyun 2026 02:17see168

Tottenhem 25 yaşlı futbolçunu transfer etdi RƏSMİ

19 İyun 2026 01:07see168

2030 cu il Olimpiya Oyunlarının loqotipi təqdim olunub FOTO

19 İyun 2026 02:11see168

Nyu Yorkda atışma baş verib, bir nəfər saxlanılıb

19 İyun 2026 03:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri