Icma.az
close
up
RU
Müharibə və sülh əleyhinə cinayətlərə dair dünya ictimaiyyətinə verilən mühüm MESAJ

Müharibə və sülh əleyhinə cinayətlərə dair dünya ictimaiyyətinə verilən mühüm MESAJ

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 44 günlük “Vətən Müharibəsi”ndə qazanılan tarixi zəfər, yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də erməni təcavüzünün törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərin ifşa edilməsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə, dünya ictimaiyyətinə Zəfər paradında Azərbaycanın haqqını müdafiə etdiyini və sülhə olan bağlılığını göstərdi. Beş il sonra keçirilən Zəfər paradı isə həm bu zəfəri təntənə ilə qeyd etmək, həm də həmin müharibə cinayətlərinin açığa çıxarılmasında mühüm rol oynadı.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, biz bu günlərdə mühüm, tarixi bir hadisəyə şahidlik etdik:

"Noyabrın 8-də Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşillik yubileyini qeyd etdik. Əvvəlcə qeyd etmək lazımdır ki, beş il əvvəl biz hələ işğal altındakı şəhər və rayonlarımızın işğal edildiyi günlərlə bağlı tədbirlər keçirdirdik. Lakin bu beş il ərzindəki fərq Azərbaycan xalqının iradəsinin və dövlətimizin qüdrətinin təcəssümüdür. 8 Noyabrda keçirilən sadəcə bir parad deyil, həm də ölkəmizin gücünü və birlikdəki qətiyyətini dünyaya nümayiş etdirmək idi. Azərbaycan Prezidenti də paradda öz çıxışında bir neçə mühüm məsələyə toxundu. Əvvəlcə, tarixi zəfərimizin qiymətləndirilməsi və bu zəfərdən sonra keçdiyimiz beşillik yolun yenidən təhlili önə çəkildi. Bu dövr ərzində yalnız ərazi bütövlüyümüz və suveren hüquqlarımız bərpa olunmadı, eyni zamanda ölkəmiz təhlükəsizlik sahəsində yeni bir mövqeyə yüksəldi. Azərbaycan artıq əldə etdiyi zəfərlə, regionda və transregional ərazidə təhlükəsizliyi təmin edə biləcək böyük bir orduya malikdir. Xüsusi təyinatlı elit qüvvələrdən ibarət Azərbaycan ordusu bu gün Cənubi Qafqazın hər bir guşəsində uğurlu əməliyyatlar həyata keçirə biləcək gücə sahibdir. Bu, sadəcə bir güc nümayişi deyil, həm də sülhə çağırışdır. Əgər regionda ədalət pozularsa və kimlərsə bunu pozmağa cəsarət edərsə, Azərbaycan ordusu qarşısında olacağını bütün dünyaya göstərdi".

Deputat əlavə etdi ki, ordumuz həm ədaləti, həm də sülhü təmin etməyə qadirdir.

"Prezidentin çıxışında həmçinin təhlükəsizlik mühitindəki inkişaf və regionun yeni iqtisadi münasibətləri barədə də danışıldı. Yeni əməkdaşlıq perspektivləri və bu münasibətlərin regionun gələcək inkişafına necə təsir edəcəyi vurğulandı. Eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən geniş quruculuq işləri də ön plana çəkildi. Bütün bunlar əldə etdiyimiz tarixi zəfərin nəticəsidir və onun doğurduğu müsbət təsirlərdir. Bu yubiley yalnız bir qələbənin anması deyil, həm də Azərbaycanın gələcəkdə daha böyük nailiyyətlərə imza atmağa hazır olduğunu göstərən bir işarədir", - deyə Hikmət Babaoğlu qeyd etdi.

Millət vəkili Jalə Əliyeva isə mövzuya münasibət olaraq bildirdi ki, 8 noyabr tarixində Azadlıq Meydanında keçirilən Zəfər paradı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin beşinci ildönümünü dünyaya nümayiş etdirmək məqsədini daşıyırdı:

"Bu parad təkcə Azərbaycanın Silahlı Qüvvələrinin və texnikasının nümayişi deyil, eyni zamanda Prezident İlham Əliyevin çıxışı ilə müharibə və sülh əleyhinə cinayətlərə dair dünya ictimaiyyətinə verilən mühüm mesajların bir hissəsi oldu. Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının haqlı mübarizəsini və erməni tərəfinin işğalçı niyyətlərini vurğuladı. Bu, yalnız müharibənin nəticəsi deyildi, həm də beynəlxalq aləmə bir mesaj idi: Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və haqqı tamamilə bərpa olunub. Prezident həmçinin bəyan etdi ki, bundan sonra Azərbaycanla heç bir ölkə və ya qüvvə təcavüz, hədə qorxu dili ilə danışa bilməz".

Müsahibimizin sözlərinə görə, müharibə dövründə prezidentin verdiyi müsahibələr və açıqlamalar da həm Azərbaycanın mübarizəsini, həm də müharibənin gedişatını dünya ictimaiyyətinə təqdim etdi.

"Bu, sadəcə müharibə meydanında deyil, eyni zamanda diplomatik və informasiya sahəsində də müsbət nəticələr əldə etməyə imkan verdi. Prezidentin məlumatlı və strateji çıxışları, informasiya müharibəsində də qələbə çalmaq üçün mühüm rol oynadı. Bu gün də Azərbaycan sülh və əmin-amanlıq axtarışında olan bir dövlətdir. Prezidentin çıxışlarında bir daha vurğulandı ki, Azərbaycan heç bir işğalçıya imkan verməyəcək. Çünki biz həm ölkə, həm də region üçün iqtisadi inkişaf və konstruktiv əməkdaşlıq yolunu seçmişik. Azərbaycan öz xalqı və bütün bölgə xalqları üçün sabit və sülh şəraitində gələcək qurmağa hazırdır. Zəfər paradı və prezidentin çıxışları Azərbaycanın gücünü və sülhə olan bağlılığını dünyaya bir daha təsdiqlədi. Bu, Azərbaycanın lider dövlətə çevrilməsinin, həm də beynəlxalq münasibətlərdəki mövqeyinin gücləndirilməsinin təntənəsidir", - deyə Jalə Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc olunub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri