Icma.az
close
up
RU
Müharibə yenidən başlayır? Trampdan KRİTİK AÇIQLAMA

Müharibə yenidən başlayır? Trampdan KRİTİK AÇIQLAMA

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün İslamabada səfərinin ləğvi hərbi əməliyyatların yenidən başlaması demək deyil.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" portalına bildirib.

"Xeyr, bu o demək deyil. Biz hələ bu barədə (İrana qarşı hərbi əməliyyatların yenidən başlaması - red.) düşünməmişik", - Tramp məsələ ilə bağlı suala cavab verərkən deyib.

Bundan əvvəl Vaşinqton Administrasiyasının rəhbəri iranlı danışıqçılarla görüşmək üçün nümayəndələrinin İslamabada səfərini ləğv etdiyini bildirib.

Onun sözlərinə görə, bütün kartlar ABŞ-nin əlindədir və səfərlərə çox vaxt sərf olunur, halbuki İranla danışıqlar telefonla da aparıla bilər.

Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb./Report


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Aprel 2026 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see276

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see259

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see257

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see247

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see232

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see231

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see230

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see226

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see224

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see216

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see216

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see209

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see209

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see208

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see204

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see201

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see200

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see195

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see195

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri