Icma.az
close
up
RU
Müharibədən sonrakı Qəzza: idarəçilik, nəzarət, planlar və...

Müharibədən sonrakı Qəzza: idarəçilik, nəzarət, planlar və...

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Laura Blumenfeldin: “Tramp qızıl qaydaya inanır, ancaq məktəbdə öyrədilənə yox”

Tariq Kenni-Şava: “Məqsəd odur ki, biz Qəzzanın işğal altında qaldığı bir vəziyyətə qayıtmayaq”

ABŞ Prezidenti Donald Tramp ərəb liderləri tərəfindən İsraillə HƏMAS arasında müharibə bitəndən sonra Qəzzaya nəzarət planına alternativ kimi müzakirə edilən təklifi görməyib. “Mən həmin planı görməmişəm”,  deyə Tramp "Air Force One" təyyarəsində jurnalistin sualına cavabında deyib və əlavə edib ki, “görəndə sizə bildirərəm”.

Tramp fevralın əvvəlində demişdi ki, təxminən 2 milyon fələstinlini məcburi şəkildə Qəzzadan qonşu İordaniya və Misirə köçürmək istəyir. O, ABŞ-ın həmin ərazini “Yaxın Şərqin Rivierası”na çevirəcəyini bildirib ki, bu da ərəb ölkələrinin etirazına səbəb olub.

“Amerikanın Səsi” yazır ki, Trampın bu təklifi ciddi irəli sürdüyü, yoxsa ərəb dövlətlərindən güzəştlər əldə etmək üçün təzyiq vasitəsi kimi istifadə etdiyi aydın deyil. Bu həftə Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü zamanı ABŞ-ın dövlət katibi Marko Rubio ikincisinin ola biləcəyinə işarə edərək, ərəb liderlərini əks-təklif irəli sürməyə çağırıb.

Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri Ər-Riyadda görüşərək, Qəzzanın bərpası üçün ərəb və körfəz ölkələrindən üç il ərzində 20 milyard dollara qədər vəsait toplamaq planını müzakirə edəcəklər. Bu plana görə, qəzzalılar məcburi köçürülməyəcək və bölgə fələstinlilər tərəfindən idarə olunacaq.

Tramp Mayamidə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin rəhbərlik etdiyi İctimai İnvestisiya Fondunun qeyri-kommersiya qanadı olan Gələcək İnvestisiya Təşəbbüsü İnstitutunun təşkil etdiyi konfransda çıxış edəndən sonra Vaşinqtona qayıdarkən bunları deyib. İlk dəfədir ki, ABŞ Prezidenti qlobal maliyyəçilər və texnologiya rəhbərlərinin illik toplanışında çıxışı edirdi.

Con Hopkins Universitetinin beynəlxalq tədqiqatlar üzrə baş elmi işçisi Laura Blumenfeldin sözlərinə görə, bu, vəliəhd şahzadənin Trampla yaxın əlaqələrindən necə faydalandığını göstərir. Şahzadə Trampın birinci prezidentliyi dövründə onunla sıx əlaqələr qurub və Tramp vəzifədən gedəndən sonra da Tramp təşkilatı ilə biznes əlaqələrini davam etdirib. O cümlədən, Trampın kürəkəni Cared Kuşnerin şirkətinə 2 milyard dollar sərmayə yatırıb.

“Tramp qızıl qaydaya inanır, ancaq məktəbdə öyrədilənə yox. Bu da odur ki, əgər varlısansa, haqlısan”, - Blumenfeld qeyd edib.

Ər-Riyad Qəzzada müharibədən sonrakı vəziyyətə dair ərəb ölkələrini birləşdirməyə çalışarkən, Trampın tələblərini yumşaldacağına dair əlamətlər ola bilər. “Amerikanın Səsi” qeyd edir ki, Tramp qeydlərində yanvarın 19-da, o zamankı Prezident Co Baydenin vəzifədəki sön günündə imzalanan atəşkəsin əldə olunmasında öz rolundan başqa Qəzza ilə bağlı heç nə deməyib.

“Biz Qəzzada atəşkəsi təmin etdik, girovları azad edirik və onları ailələrinə qaytarırıq. Bəzi girovlar çox pis vəziyyətdədir”,  Tramp vurğulayıb.

Misirin dövlət “Al-Ahram” qəzeti yazıb ki, Qahirənin təkilfinə əsasan, Qəzzada mobil evlər və sığınacaqlarla təchiz olunmuş “təhlükəsiz zonalar” yaradılacaq. Bu müddətdə isə Misir və beynəlxalq tikinti şirkətləri dağılan infrastrukturu bərpa edəcəklər. Planda həmçinin müharibədən sonrakı Qəzzanı idarə etmək üçün HƏMAS-la əlaqəsi olmayan fələstinli texnokratlar və icma liderlərindən ibarət milli komitənin formalaşdırılmasına çağırılır.

Hazırda İordan çayının qərb sahilinin bəzi hissələrini idarə edən və 2006-cı il seçkilərində HƏMAS-a uduzana qədər Qəzzanı idarə edən beynəlxalq səviyyədə tanınmış qurum olan Fələstin Milli Muxtariyyətinin bu planı dəstəkləyib-dəstəkləmədiyi aydın deyil.

“İndi Qəzza ilə bağlı elə siyasi həll yoluna ehtiyac duyulur ki, yenidənqurma həm fiziki cəhətdən mümkün, həm də uzunmüddətli davamlı olsun. Məqsəd odur ki, biz Qəzzanın işğal altında qaldığı bir vəziyyətə qayıtmayaq”, deyə “Fələstin Siyasət Şəbəkəsi”nin ABŞ siyasəti üzrə mütəxəssisi Tariq Kenni-Şava “Amerikanın Səsi”nə bildirib.

HƏMAS isə Qəzzanın müharibədən sonrak idarəsində iştirak etməkdən imtina edə biləcəyinə işarə edib. “Atəşkəsin növbəti mərhələsində xalqımızın mənafeyinə xidmət edərsə, HƏMAS-ın siyasi və inzibati işlərdə olması vacib deyil”, HƏMAS sözçüsü Hazim Qasım bəyan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 Fevral 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri