Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Müharibəni bitirəcək plan: Qazanan nə Rusiya, nə də Ukrayna olacaq

Müharibəni bitirəcək plan: Qazanan nə Rusiya, nə də Ukrayna olacaq

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Önümüzdəki ilin fevralında Rusiya-Ukrayna müharibəsi dördüncü ilini başa vuracaq.

90-cı illərdə Balkan müharibələrindən sonra Avropada ən qanlı və dağıdıcı müharibə hesab olunan bu savaş həm Ukraynaya, həm də Rusiyaya saysız-hesabsız və miqdarı bəlli olmayan itkilərə başa gəlir. Qeyri-rəsmi rəqəmlərə görə, hər iki münaqişə tərəfinin canlı itkiləri 1 milyonu ötüb, həmçinin hər iki tərəf xeyli sayda hərbi texnika itirib. Ən dəhşətlisi isə Ukraynanın cənub-şərq bölgələrində bir çox şəhərlər, qəsəbələr və kəndlər, habelə strateji cəhətdən əhəmiyyətli olan obyektlər genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində darmadağın olub.

Donetsk və Luqanskın 99 %- i, demək olar ki, Rusiyanın nəzarətinə keçib. Təhlükə artıq Dnepropetrovsk, Zaporjye, Nikolayev və Xarkova sirayət olub. Bu dörd bölgədə də hərbi əməliyyatlar başlayıb. Rusiya Krım daxil olmaqla, Ukraynanın 20 % ərazisinə nəzarət edir. Ukrayna ordusu Qərb tərəfindən silahlandırılsa da, sərt və ciddi müqavimət göstərsə də, rus ordusunun  qarşısını ala bilmir, belə demək mümkündürsə, mövcud vəziyyət Kiyevin əleyhinədir. 

Müharibənin şiddətli zamanında Vaşinqton tərəflər arasında münaqişənin nizamlanması istiqamətində səylərini artırsa da, xüsusilə də son on bir ayda Tramp administrasiyası həm Kiyev, həm də Moskva tərəfi ilə diplomatik danışıqlar aparsa da, hələ ciddi irəliləyiş müşahidə olunmur. Nə Kiyev Rusiyaya güzəştlərə getmək istəyir, nə də Moskva danışıqlar masasında öz ağır şərtlərindən və strateji hədəflərindən geri çəkilməkdə maraqlıdır.

Son proseslər fonunda Vaşinqton hər iki münaqişə tərəfi arasında müharibəyə son qoymaq üçün 20 maddəlik sülh planı irəli sürüb. Düzdür, bu planda əvvəlcə 28 maddə qeyd olunmuşdu, amma sonradan Kiyevlə aparılan danışıqlar nəticəsində maddələrin sayı 20-yə düşdü. Ukrayna Prezidenti Volodimir Zelenski artıq Vaşinqtonun planını Ukrayna ictimaiyyətinə təqdim edib. 

Sözügedən sənəddə Rusiya ilə atəşkəs müqaviləsi və təmas xətti üçün monitorinq mexanizminin yaradılması, Ukraynanın NATO nizamnaməsinin 5-ci maddəsinə bənzər ABŞ və Avropa ölkələri tərəfindən təhlükəsizlik zəmanətləri ilə təmin olunması, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin sayının 800 000 nəfər civarında saxlanılması, bununla paralel, münaqişə bölgələrinin silahsızlaşdırılması və həmin bölgələrdə azad ticarət zonasının formalaşdırılması, Zaporojye AES-in statusunun müəyyən olunması ilə bağlı müddəalar əks olunub.

Ərazi məsələlərində problemlər qalsa da, sənəddə hər iki tərəfin ordusunun bəzi bölgələrdən çıxarılması və müəyyən paramentlərə qədər geri çəkilməsi, o cümlədən "hamının hamıya" prinsipi əsasında əsir mübadiləsinin həyata keçirilməsi və mülki şəxslərin geri qaytarılmasına dair müddəalar da əksini tapıb. Planda qeyd olunub ki, Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi imzalanacağı təqdirdə sənədin icrasına ABŞ Prezidenti Donald Trampın rəhbərli altındakı Sülh Şurası nəzarət edəcək. 

Trampın sülh planı ilk baxışdan müsbət görünsə də, planın reallaşıb-reallaşmayacağı sual altındadır. Planın reallaşması yalnız münaqişə tərəflərinin qarşılıqlı anlaşmasından asılıdır. 

Moskva Trampın sülh planını qəbul edəcəkmi? 

Bir sıra ekspertlər hesab edirlər ki, Trampın Ukraynadakı münaqişənin nizamlanmasına dair sülh planı Rusiya tərəfindən müsbət qarşılanmayacaq. Onların sözlərinə görə, bu, Kreml tərəfindən birmənalı şəkildə rədd ediləcək.

Məsələ ilə bağlı politoloq Asəf Nərimanlı “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, ABŞ və Ukrayna arasında razılaşdırılan sülh planında əks olunan müddəalar Rusiyanın tələblərinə tam cavab vermir.

“Bu planda nə NATO-nun genişlənməməsi, nə də Ukraynanın neytral statusuna dair öhdəliklə bağlı məsələ qeyd olunub. Ərazi məsələlərində hələ də ziddiyyətlər qalır. Moskvanın tələbi budur ki, Ukraynanın silahlı qüvvələri Donbasdan geri çəkilsin və bu bölgə hüquqi olaraq Rusiyanın ərazisi kimi tanınsın. Kiyev isə Moskvanın bu tələbini qəbul etmir. Rəsmi Kiyev belə bir kompromisə getməyə hazırdır ki, Donbas heç bir tərəfin ordusunun nəzarəti altında olmasın və həmin bölgədə azad ticarət zonası yaradılsın. Kiyev bu təklifi irəli sürsə də, Moskva Donbasdan qoşunlarını geri çəkmək niyyətində deyil".

A.Nərimanlı bildirib ki, Moskva bu plana öz maraqlarına uyğun müddəaların əlavə edilməsində israrlı olacaq:

“Moskvanın bu plana münasibəti mənfi olacaq, amma planı tam şəkildə rədd etməyəcək. Çünki bu, Moskvanın yenidən ABŞ-nin hədəfinə çevrilməsinə səbəb olar, ən əsası da Vaşinqtonla aparılan danışıqları heçə endirə bilər. Hesab edirəm ki, Moskva iki kontekstdən addım atacaq. Birincisi, Moskva pərdəarxası danışıqlarda ABŞ-nin mövqeyinin dəyişməsinə çalışacaq, ikincisi isə cəbhə xəttində hücum əməliyyatlarını daha da genişləndirəcək, daha çox ərazilərə nəzarət etməyə hədəfləyəcək”. 

Əsas qazanan tərəf ABŞ olacaq

Politoloq qeyd edib ki, bu plan Rusiya və Ukraynanın maraqlarından daha çox ABŞ-nin maraqlarına xidmət edir:

“Əgər Rusiya ilə Ukrayna arasında ABŞ-nin sülh planı əsasında atəşkəs sazişi imzalanarsa, Vaşinqton bu sazişin zəmanətçisi qismində çıxış edəcək. Faktiki olaraq o deməkdir ki, ABŞ təkcə münaqişəni həll etməyəcək, bununla belə, bölgədə geostrateji və geosiyasi mövqe tutacaq, yəni Ukraynada strateji, siyasi və iqtisadi təsir imkanlarını artıracaq. Bu, Rusiya və Ukraynanı, həmçinin Avropanı ABŞ-dən asılı vəziyyətə salmağa hədəflənib. Əsas qazanan tərəf ABŞ olacaq”. 

Əgər razılaşma əldə olunmazsa, Vaşinqton hansı addımı atacaq? 

Bu suala cavabında həmsöhbətimiz deyib:

"ABŞ bu prosesdən bir addım geri çəkilməklə, pərdəarxasından hadisələri idarə etməyə çalışacaq. Vaşinqtonda hələ də hesab edirlər ki, əgər müharibə davam edərsə, qısa zaman ərzində Kiyev bütün cənub-şərq əraziləri itirəcək və rus ordusu ölkənin daha dərin ərazilərinə irəliləyəcək.

Eyni zamanda, müharibənin davam edəcəyi təqdirdə Vaşinqtonun Rusiya və Avropanı üz-üzə qoymaq taktikasına əl atacağı da istisna deyil. Burada əsas məqsəd böyük müharibəni başlatmaq yox, Avropanı Ukraynaya verdiyi dəstəkdən geri çəkilməyə məcbur etməkdir. Bildiyimiz kimi, Ukrayna məsələsində ABŞ və Avropanın mövqeləri bir-biri ilə ziddiyyət təşkil edir.

Bu isə Ağ Ev tərəfindən birmənalı qarşılanmır. Vaşinqton belə bir taktikadan istifadə edərsə, Avropa Ukraynaya dəstəyi dayandırmağa məcbur olacaq, Ukrayna da Rusiya qarşısında yalnız qalacaq. Daha çox ərazinin əldən çıxdığını görən Kiyev Rusiyaya ərazi güzəştlərinə getməyə razı olacaq.

Nəticə etibarilə Trampın sülh planı baş tutacaq. O ki qaldı ABŞ-nin Rusiyaya təzyiqlərinə, bu, Ukrayna ilə müqayisədə zəif ola bilər və o qədər ciddi nəticə verməyəcək. Tramp Rusiya ilə münasibətləri bərqərar etməkdə maraqlıdır".

Yunis Abdullayev
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri