Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Demokratlar Partiyasının Konqresə ara seçkilərdə qələbəsi və nəticədə Nümayəndələr Palatasıyla Senatda üstünlük qazanması Prezident Donald Trampın və ümumilikdə Respublikaçılar Partiyasının gələcək planlarına göz gəzdirməyə məcbur edəcək. Əlbəttə, Tramp Konqresin müxtəlif qərarlarına veto qoymaq səlahiyyətinə malikdir, ancaq bu ona və Respublikaçılar Partiyasına əlavə problemlər yaşadacaq.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Konqresin daxili siyasətdən fərqli olaraq xarici siyasətə müdaxilə etmək imkanları geniş olmasa da, Demokratlar Partiyası Donald Trampın Rusiya-Ukrayna müharibəsi və İranla bağlı planlarına təsir etməyə çalışacaq:
“Misal üçün Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq edir ki, o, torpaqlarının itkisiylə barışın və Kremlin şərtlərini qəbul etsin. Demokratlar Partiyası isə əksinə, Rusiya Prezidenti Vladimir Putinə təzyiqin tərəfdarıdır. Tramp siyasətində bunu nəzərə almaq məcburiyyətində qalacaq. Demokratlar Partiyası Trampın İrana qarşı növbəti müharibəsinə başlamasının da əleyhinədir. Konqresə ara seçkilərə qədər Tramp İrana qarşı yeni müharibəyə başlaya biləcəyini söyləyirdi. Demokratlar Partiyasının qələbəsindən sonra Tramp müharibə mövzusunda ehtiyatlı ifadələr işlətməyə başlayıb”.
E.Şahinoğlunun fikrincə, Rusiya və Çin liderləri Vladimir Putin və Si Szinpin Donald Trampla dialoqu davam etdirəcəklər:
“Ancaq Putin və Si də anlayırlar ki, Konrqesə seçkilərin nəticələri Donald Trampın mövqelərini zəiflədib. Putin və Szinpin Trampla əlaqələrdə bu amili nəzərə alacaqlar. Misal üçün Si Szinpin Pekində Oman Sultanı Heytəm bin Tariq əs-Səidi qəbul edərkən, Fars körfəzinin geosiyasi mübarizə zonasına çevrilməsinin qəbuledilməz olduğunu bildirib. Çin lideri Fars körfəzinin böyük dövlətlərin rəqabəti və geosiyasi münaqişələr meydanına çevrilməməsi gərəkliyini vurğulayıb. Bu Si Szinpinin Vaşinqtona mesajıdır ki, İrana qarşı yeni müharibə bölgədə vəziyyəti daha da gərginləşdirəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 06 Noyabr 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















