Icma.az
close
up
RU
“MÜHARİBƏNİN 2026 cı İLDƏ DƏ BAŞA ÇATMASI REAL GÖRÜNMÜR Əsas təhlükə “kompromis” adı altında...”

“MÜHARİBƏNİN 2026 cı İLDƏ DƏ BAŞA ÇATMASI REAL GÖRÜNMÜR Əsas təhlükə “kompromis” adı altında...”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramiz Yunus: "Bu gün edilən hər güzəşt sabah eskalasiyanı qaçılmaz edir”

"Prezident Trampın Ukrayna lideri Volodimir Zelenski ilə Mar-a-Laqo iqamətgahında keçirdiyi görüş müharibənin bitməsinə heç bir töhfə vermədi". 

"AzPolitika" xəbər verir ki, bunu politoloq, Xəzər Universitetinin professoru Ramiz Yunus biıdirib.

Onun sözlərinə görə, bu görüş bir daha göstərdi ki, ABŞ, Ukrayna və Rusiya bu müharibədə ortaq məqsədə malik deyillər və ortaq məqsədin olmadığı yerdə danışıqlar sülh alətinə deyil, təzyiq mexanizminə çevrilir.

Ramiz Yunus vurğulayıb ki, məhz bu səbəbdən müharibənin nə 2025-ci ildə, nə də yüksək ehtimalla 2026-cı ildə başa çatması real görünmür.

Politoloqun fikrincə, ABŞ Prezidenti müharibəni istənilən qiymətə bağlamağa çalışır, lakin bu, qlobal təhlükəsizlik narahatlığından irəli gəlmir. O bildirib ki, əsas motiv daxili siyasi maraqlardır: “ABŞ prezidenti üçün əsas məqsəd seçiciyə satıla bilən, sürətli və sadə bir razılaşmadır. Bu razılaşma onun 2026-cı ilin payızında keçiriləcək Konqres seçkilərində mövqelərini qorumasına xidmət etməlidir”.

Ramiz Yunus qeyd edib ki, Konqresin itirilməsi ABŞ Prezidenti üçün siyasi nəzarətin zəifləməsi, gündəmin iflici və şəxsi hakimiyyətinə ciddi zərbə deməkdir. Politoloqun sözlərinə görə, əlavə və az əhəmiyyətli olmayan motiv isə onun Nobel Sülh Mükafatına yiyələnmək istəyi, yəni şəxsi və tarixi legitimlik arzusudur. Bu səbəbdən zaman amili və “tez nəticə” onun üçün həlledicidir, ədalət, uzunmüddətli təhlükəsizlik və Ukraynanın maraqları isə bu formulda yer almır.

Ramiz Yunus bildirib ki, Rusiya Prezidenti bu müharibəyə başlayarkən strateji səhv edib və bu səhvdən ağrısız çıxış yolu yoxdur. Onun sözlərinə görə, işğal edilmiş ərazilərin itirilməsi Kremlin daxilində zəiflik kimi qəbul olunacaq və avtoritar sistemlərdə zəiflik hökm deməkdir. Bu baxımdan, müharibənin davamı Kreml üçün seçim yox, hakimiyyətin qorunması vasitəsidir.

Politoloq Ukraynanın vəziyyətinin tamamilə fərqli olduğunu vurğulayıb. O deyib ki, Ukrayna üçün bu müharibə nə reytinqlər, nə seçkilər, nə də simvollarla bağlıdır: “Bu, Ukraynanın suveren dövlət kimi mövcud olmaq uğrunda mübarizəsidir. Prezident Zelenski dəfələrlə göstərib ki, Ukrayna beynəlxalq alver obyekti və ya başqalarının siyasi dövrlərində dəyişdirilə bilən fiqur deyil”.

Ramiz Yunus əsas təhlükənin Ukraynaya “kompromis” adı altında faktiki kapitulyasiya sırımaq cəhdləri olduğunu bildirib. Onun fikrincə, ordunun ixtisarı, Konstitusiyanın dəyişdirilməsi, Aİ və NATO kursundan imtina və ya “müvəqqəti suverenlik həlləri” sülhə aparan yol deyil, daha ağır şərtlərlə yeni müharibənin təxirə salınmasıdır.

Politoloq qeyd edib ki, Avropa getdikcə daha aydın başa düşür: Ukraynanın məğlubiyyəti mövcud təhlükəsizlik arxitekturasının sonu deməkdir. Bununla belə, o, Avropanı da illüziyalardan uzaq olmağa çağırıb və vurğulayıb ki, təhlükəsizliyi başqasının azadlığı hesabına almaq mümkün deyil.

Ramiz Yunus yekunda bildirib ki, Ukraynanın suverenliyi nə müttəfiqlərin təzyiqi, nə də düşmənin təhdidləri qarşısında ticarət predmetinə çevrilə bilməz: “Suverenlik danışıqlar mövzusu deyil. Dövlətçilik kompromis ola bilməz. Azadlıq müharibədə fasilə qarşılığında satılmır. Bu gün edilən hər güzəşt sabah eskalasiyanı qaçılmaz edir”.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Dekabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri