Icma.az
close
up
RU
“Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

“Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 5 sentyabr, AZƏRTAC

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhəbrliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində apardığı mübarizəyə diqqət çəkib, 8 Noyabr Zəfərinin önəmini vurğulayıb: "Xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu, gücünü, mətinliyini, mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən lider İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi".

Cəlil Xəlilov bildirib ki, Prezident İlham Əliyev təkcə hərbi Qələbənin deyil, eyni zamanda, sabitliyin, inkişafın və sülhün memarıdır: "Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə Azərbaycan bu gün nəinki regionda, həm də beynəlxalq miqyasda sabitlik adası, əməkdaşlıq mərkəzi və dayanıqlı inkişaf modeli kimi tanınır. Əminik ki, bu model yaxın gələcəkdə bütün dünya üçün nümunəyə çevriləcək və hər kəs Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqının əldə etdiyi yeni, böyük, tarixi uğurlara şahid olacaq”, - deyə o vurğulayıb.

Milli Məclisin deputatı Ziyad Səmədzadə çıxışında dövlətimizin əldə etdiyi iqtisadi uğurlara diqqət çəkib. Müstəqilliyin ilk illərində Azərbaycanın bir çox problemlərlə yanaşı, həm də ciddi borc problemi ilə üzləşdiyini bildirən depuat hazırda Azərbaycanın borc verən ölkəyə çevrildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli də Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub. O, qeyd edib ki, məhz Prezident İlham Əliyevin dərin zəkası, yüksək siyasi səriştəsi, cəsarət və qətiyyəti Azərbaycanı tarixin ağır sınaqlarından qalib çıxarıb, dövlətimizə və xalqımıza bütün dünyada böyük hörmət və ehtiram qazandırıb.

Konfransda Nəsimi Rayon İcra Hakimiyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov da iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri