Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Azərbaycan: Müharibənin və sülhün qalibi

Azərbaycan: Müharibənin və sülhün qalibi

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü”. 

Bu sözləri Prezident İlham Əliyev 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi: 

“Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”. 

Prezident xatırladıb ki, bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar: 

“Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi”. 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində ordusu darmadağın olan Ermənistan yeni reallıqlarla üz-üzə qaldı. Kapitulyasiya aktına imza atan Baş nazir Nikol Paşinyan daha sonra ölkəmizin ərazi bütövlüyünü tanıdı və Qarabağ iddiasından imtina etdi. Artıq sülh müqavilənin imzalanması ilə bağlı danışıqlar gedir. Üstəlik, rəsmi İrəvan Bakının tələblərini bir-bir yerinə yetirir. Yəni Azərbaycan müharibə meydanında olduğu kimi sülh prosesinin də qalibidir. 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan hərtərəfli böyük zəfər qazandı: 

“Dünən Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı ölkəmizin həm müharibədə, həm də sülh prosesində qalib olduğunu vurğuladı. Yəni BMT-nin tribunasından bu sözü deməsi çox gözəl oldu. Üstəlik, dövlətimizin başçısı ermənilərin bütün işğalçı hərəkətlərini BMT tribunasından dünyanın diqqətinə çatdırdı. Hamı bir daha onların 30 il ərzində Azərbaycana qarşı hansı cinayətləri törətdiklərini  bildi”. 

Partiya sədri diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanı sülhə məcbur etdi:

“Bu gün də regionda sülhün və sabitliyin bərqərar olmasına görə bütün dünya ölkəmizə minnətdar olmalıdır. Hazırda sülh prosesi davam edir.

Əslində, müharibə aparmaq və zəfər qazanmaq çox çətin işdir. Nəzərə almaq lazımdır ki, Ermənistanın arxasında çox sayda mütəffiqi dayanmışdı. Lakin Azərbaycan buna baxmayaraq, döyüş meydanında Ermənistanın müqavimətini tam şəkildə sındırdı. 

Bütün dünya bizim əsgərimizin erməni əsgərindən 100 dəfə daha güclü olduğunu gördü. Silahlarımız onların silahlarından, müttəfiqlərimiz də onların arxalarında dayananlardan daha güclüdür. Bunu nümayiş etdirdik və qələbə əldə etdik”. 

Akif Nağı onu da əlavə edib ki, tarixi Zəfərə gedən yol 27 sentyabr 2020-ci ildə başladı: 

“Rəsmi Bakı 30 il dözdüyü kimi, sülh prosesinə də səbrlə yanaşdı, hərb meydanında məsələni həll etdi. Yarımçıq məsələlərin isə sülh yolu ilə həlli təklifini irəli sürdü. Yenə də Ermənistan razılaşmırdı, Laçın dəhlizindən silah daşıyırdı. 

Ona görə Azərbaycan Laçın dəhlizini də nəzarətə götürməyə məcbur oldu. Ermənilər dediklərimizlə razılaşmadıqlarına və təribatlarına davam etdikləri üçün 19-20 sentyabr 2023-cü ildə lokal antiterror əməliyyatı həyata keçirdik. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdi. Çünki qarşı tərəf razılaşmırdı. Bütün bunları öz gücünə etdi, ardınca isə sülh təkliflərini verdi”. 

Həmsöhbətimiz söyləyib ki, sülh müqaviləsi daha əvvəl də imzalana bilərdi:

“Əgər Ermənistan rəhbərliyi irəli sürdüyümüz 5 şərti zamanında qəbul etsəydi, sülh müqaviləsi çoxdan imzalanmışdı. Onlar xeyli müddət boş yerə prosesi uzatdılar. Lakin buna baxmayaraq, artıq Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün real imkanlar var. 

Artıq sülh müqaviləsinin mətni də paraflanıb. Proseslərin sülhə doğru getdiyi görünür. Beləliklə, regionda sabitliyin əldə olunması, sülh prosesinin başlanması və tədricən yekuna doğru getməsi Azərbaycanın əldə etdiyi tarixi nəticələrin əsəridir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Ermənistan BMT

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri