“Müharibənin Qərbin leyhinə dəyişməsi üçün fundamental qərarlar qəbul ediləcək”
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
“Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski görüşə bilər. Rusiya və ABŞ prezidentlərinin danışıqları uğursuzluqla nəticələndikdən sonra Vaşinqton Ukraynaya hərbi yardımları intensivlədirib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq Ukraynanın Donetsk istiqamətində uğurlu əks-hücuma keçdiyini bildirib:
Donald Tramp ötən gün Vladimir Putini işğalçı adlandırdı. Artıq Rusiya -Ukrayna müharibəsində yeni dönəm başlayıb. Avropa İttifaqı və ABŞ Rusiyaya yanaşmada müharibədə fikir ayrılıqlarını kanara qoyub vahid mövqedən çıxış edir. Bu isə Rusiyanın Polşa və Rumıniyanın hava sərhəddini pozması proseslərin başlanmasına zəmin yaratdı. Donald Tramp Avropada səfərdədir. Bu səfərdə Ukraynaya hərbi yardımlar və müharibənin Qərbin leyhinə dəyişməsi üçün fundamental qərarlar qəbul ediləcək. Donald Trampın əsas məqsədi Vladimir Putin və Volodimir Zelenskini görüşdürməkdir. Artan hərbi təzyiqlər fonunda Putin Zelenski ilə neytral bir ölkədə görüşə bilər”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 19 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















