Icma.az
close
up
RU
“Müharibəsiz sabitlik mümkün deyil” ŞƏRH

“Müharibəsiz sabitlik mümkün deyil” ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Yaxın Şərqdə müharibə genişlənir, ekspert regionun alovlanacağını deyir

İsrail və İran arasında qarşılıqlı raket zərbələri yenidən Yaxın Şərqdə gərginlik yaradıb. Tərəflərin davam edən zərbələri fonunda münaqişənin genişlənmə və daha uzunmüddətli qarşıdurmaya çevrilmə ehtimalına səbəb olub. İsrail Müdafiə Qüvvələri (ÇAXAL) də açıqlamasında İranla döyüşlərin davam edəcəyini, hətta müharibənin yenidən başlaması ehtimalını istisna etməyib.

 Bildirilib ki, gecədən bəri indiyədək İran İsrailə ən azı 20 ballistik raket atıb: “Bu raketlər ya zərərsizləşdirilib, ya da açıq ərazilərə düşüb”. Bundan əlavə, İranın dəstəklədiyi Yəməndəki husilər bu səhər İsrailə iki ballistik raket atıblar. Məlumata görə, raketlərdən biri vurularaq məhv edilib, digəri isə ölkəyə çatmayıb. İsrail bu hücumlara cavab olaraq indiyədək İrana qarşı iki hava zərbələri dalğası həyata keçirib.

ABŞ Prezident Donald Tramp isə İsrail və İrandan zərbələri dərhal dayandırmağı tələb edib. Xatırladaq ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. 

Mövzunu şərh edən siyasi ekspert, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Sherg.az-a bildirib ki, İsrailin son günlərdə Livana yenidən hücumu əslində İranla ABŞ arasında davam edən danışıqlara xələl gətirmək idi, buna da müəyyən qədər nail oldu. 

Ekspertin sözlərinə görə, İsrail Livana əməliyyatından qısa müddət sonra İran İsrailə raket zərbələri endirərək qarşıdurmanı daha da gərginləşdirib və eyni zamanda ABŞ-a da açıq xəbərdarlıq edib. Tehran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına yenidən hücum ehtimalını gündəmə gətirərək münaqişənin daha geniş coğrafiyaya yayılma riskini artırıb: “İsrailin Livana qarşı hücumları davam etdikcə ABŞ - İran danışıqları nəticə verə bilməz. Donald Trampın tərəfləri atəşkəsə çağırması nəticə verməyə bilər. Çünki İsrail də artıq ABŞ-ın dəstəyi olmadan da hücumlara cavab verəcəyini açıqlayıb. Vəziyyətin, problemin müharibəsiz stabilləşəcəyinə ümid çox azdır. Ona görə ki, ABŞ ilə İsrailin İranla bağlı mövqeyi fərqlidir. İsrail qəti müharibə və hakimiyyətin dəyişməsi tərəfdarıdır. Lakin ABŞ müəyyən güzəştlər müqabilində, nüvə proqramı ilə bağlı çıxış yolu tapıb razılığa gəlməkdə maraqlıdır. Çünki hazırki vəziyyəti prezident Trampın reputasiyasına mənfi təsir edirək, beynəlxalq nüfuzunu zədələyir. İsraildə isə bu qədər dağıntılar və İranla bağlı nailiyyətlərin olmaması Netanyahu hakimiyyətini laxladır. Odur ki, Netanyahu hər hansı yolla üstünlük əldə etməyə çalışır. Lakin bu cür ziddiyyətli durumda İsrailin Hizbullahı susdura bilməsi də kifayət qədər mürəkkəb görünür. Yəmən, Livan tərəfdən və İrandan hücuma məruz qalan İsraildən ABŞ-da bezmiş görünür. Çünki İsrailin aqressiv xarici siyasəti onun müttəfiqi kimi dünyada ABŞ-ın da obrazına mənfilik gətirir”.

T. İrfan hesab edir ki, İsrail və İran arasında mövcud qarşıdurma qısa fasilələrlə atəşkəs mərhələlərinə keçsə belə, ümumilikdə müharibə riskinin aradan qalxması real görünmür. Onun fikrincə, tərəflərin mövqeləri hələ də kəskin və barışmaz xarakter daşıyır: “İran nüvə proqramı ilə bağlı geri çəkilmir, öz tələblərinin üstündə israrla dayanıb. ABŞ-nin yeganə yolu hərbi müdaxilə yaxud da məğlubiyyətini etiraf edib geri çəkilməsidir. İsrail isə əsla danışıqlara, atəşkəsə, sülhə imkan vermək fikrində deyil. Hətta ABŞ kənara çəkilsə belə özü bu müharibəni davam etdirəcəyini bildirir. Əgər İsrail və İran öz sərt, aqressiv, barışmaz mövqelərindən çəkilib kompromisə verməsələr daha böyük müharibələrin baş verməsi qaçılmazdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyun 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri