Icma.az
close
up
RU
Trampın İran planı reallaşır: Müharibəsiz çöküş

Trampın İran planı reallaşır: Müharibəsiz çöküş

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Artıq İran tükənmə və daxili parçalanmaya sürüklənir
ABŞ-İran qarşıdurması həllini tapmadıqca, Yaxın Şərqdə və İran daxilində proseslər hər ötən gün Tehran üçün daha təhlükəli istiqamətdə inkişaf edir. Bu böhran artıq yalnız nüvə proqramı və ya regional təhlükəsizlik məsələsi deyil. Məsələ İran dövlətçiliyinin gələcəyi, hakim rejimin davamlılığı və ölkənin daxili idarəetmə sisteminin geridönməz böhran səviyyəsinədək dərinləşib.

Hazırda İran həm qlobal təcrid, həm regional təsir imkanlarının zəifləməsi, həm də daxili siyasi-iqtisadi böhranların paralel şəkildə dərinləşdiyi ən ağır mərhələlərdən birini yaşayır. ABŞ və Qərbin tətbiq etdiyi sərt sanksiyalar, maliyyə blokadası və diplomatik təzyiq İran iqtisadiyyatını tədricən tükəndirir. Bu isə zəncirvari proses kimi dövlət idarəetməsində, hakimiyyət daxilində və cəmiyyətin sosial strukturunda geriyədönməz çatlar yaradır.

Böhran uzandıqca Tehran daha çox itirir
İran üçün ən təhlükəli məqam böhranın qısa müddətdə həll olunmaması və “uzunmüddətli tükəndirmə strategiyası”nın işə düşməsidir. Çünki hər ötən gün İran iqtisadiyyatı üçün yüz milyonlarla dollar itki, yeni investisiyaların dayanması, milli valyutanın zəifləməsi və sosial narazılığın daha da artması deməkdir.

Uzun illərdir sanksiyalar və iqtisadi blokada altında yaşayan İran cəmiyyəti artıq ciddi yorğunluq mərhələsinə keçib. Ərzaq qiymətlərinin artması, işsizlik, enerji böhranı, milli valyutanın dəyərsizləşməsi və həyat səviyyəsinin aşağı düşməsi ölkə daxilində sosial gərginliyi kritik həddə çatdırır.
Bütün bunlar təkcə iqtisadi problem yaratmır. Paralel olaraq dövlət aparatında idarəetmə böhranı, hakimiyyət daxilində qruplaşmalararası mübarizə və sistemin parçalanması risklərini də gücləndirir.

İran informasiya blokadası şəraitində idarə olunur
Hazırda Tehran daxilində baş verən proseslərin böyük hissəsi beynəlxalq ictimaiyyətə tam çatmır. İnternet məhdudiyyətləri, sosial şəbəkələrin bloklanması və informasiya nəzarəti İran hakimiyyətinin əsas təhlükəsizlik alətlərindən birinə çevrilib.
Hakimiyyət maksimum çalışır ki, ölkə daxilində baş verən proseslər, sosial narazılıqlar və daxili siyasi qarşıdurmalar beynəlxalq mediaya sızmasın. Tehran bu yolla ölkədə “vahid həmrəylik və müqavimət” görüntüsü yaratmağa çalışır.

Lakin informasiya blokadası əks effekt də yaradır. Rəsmi məlumat axınının məhdudlaşması fonunda şayiələr, psixoloji savaş və dezinformasiya kampaniyaları daha sürətlə yayılır. Prezident Məsud Pezeşkianın istefa xəbərləri də məhz bu informasiya vakuumunun məhsulu kimi ortaya çıxıb.

Pezeşkianın istefa şayiəsi nəyi göstərir?
Prezident Məsud Pezeşkianın ali rəhbər Müctəba Xameneiyə istefa məktubu göndərdiyi barədə yayılan məlumatlar təkzib olunsa da, bu hadisə İran daxilindəki böhranın miqyasını açıq şəkildə göstərdi.

Londonda yerləşən və müxalif mövqeyi ilə tanınan “Iran International” nəşrinin iddiasına görə, Pezeşkian məktubunda ölkənin idarəetməsinin faktiki olaraq İnqilab Keşikçiləri Korpusunun (SEPAH) müəyyən komandirləri tərəfindən nəzarətə götürüldüyünü bildirib.
İddialara əsasən, Pezeşkian hesab edir ki, siyasi hakimiyyət artıq qərarvermə mexanizmlərinə təsir edə bilmir, diplomatik proseslər və iqtisadi qərarlar hərbi strukturların dominantlığı altına keçib.
Bu məlumatların doğruluğu tam təsdiqlənməsə də, bir reallıq dəyişmir:
İran daxilində hakimiyyət institutları arasında ciddi ziddiyyətlərin mövcudluğu artıq gizlədilə bilmir.

SEPAH-siyasi hakimiyyət qarşıdurması
Son illərdə İran daxilində əsas güc mərkəzi tədricən İnqilab Keşikçiləri Korpusuna çevrilir. ABŞ və İsraillə artan hərbi-siyasi gərginlik, regional münaqişələr və təhlükəsizlik böhranı hərbi strukturların təsir imkanlarını daha da genişləndirib.
Bu isə siyasi hakimiyyətin manevr imkanlarını zəiflədir. Pezeşkian administrasiyası daha çox iqtisadi sabitlik və beynəlxalq danışıqlar yolu ilə böhrandan çıxış axtarsa da, sərt xətt tərəfdarları və hərbi dairələr daha aqressiv strategiyanı müdafiə edirlər.
“The Jerusalem Post”un yazdığı kimi, əsas fikir ayrılığı ABŞ və İsraillə qarşıdurmanın idarə olunması və bunun İran iqtisadiyyatına vurduğu zərərin miqyası ilə bağlıdır.
Əgər bu qarşıdurma dərinləşərsə, İran daxilində “mülki hökumət-hərbi sistem” qarşıdurması daha açıq mərhələyə keçə bilər.

Trampın strategiyası: İranı tədricən tükəndirmək
ABŞ prezidenti Donald Trampın hazırkı strategiyası birbaşa hərbi müdaxilədən daha çox İranı uzunmüddətli iqtisadi və siyasi tükənmə mərhələsinə sürükləməyə hesablanıb.
Vaşinqton anlayır ki, İran daxilində sosial və iqtisadi böhran nə qədər dərinləşərsə, Tehran danışıqlarda bir o qədər zəif mövqeyə düşəcək. Buna görə də ABŞ atəşkəs və nüvə danışıqlarında şərtləri daha da sərtləşdirir.

Məlumatlara görə, Tramp administrasiyası İranla mümkün razılaşma layihəsini yenidən baxılması üçün Tehrana qaytararaq prosesi uzadıb. Bu isə Vaşinqtonun zaman faktorundan öz xeyrinə istifadə etdiyini göstərir.
ABŞ hesab edir ki, sanksiyalar davam etdikcə, iqtisadi blokada dərinləşdikcə, daxili narazılıq artdıqca, hakimiyyət daxilində parçalanma gücləndikcə,
İran tədricən daha zəif və güzəştə məcbur vəziyyətə düşəcək. Bu səbəbdən Vaşinqtonun əsas strategiyası “ani hərbi zərbə”dən çox “uzunmüddətli tükəndirmə müharibəsi” modelinə bənzəyir.

Regional müttəfiqlər də zəifləyir
İran üçün əlavə problem onun regional təsir şəbəkəsinin də əvvəlki qədər güclü olmamasıdır. Yaxın Şərqdə son proseslər Tehranı regional baxımdan da çətin vəziyyətə salıb.
Suriyada təsir imkanlarının azalması, Livanda Hizbullahın təzyiq altında qalması, İraqda artan daxili narazılıqlar və Qərbin regiondakı fəallığının genişlənməsi İranın geosiyasi manevr imkanlarını zəiflədir. Bu isə Tehranı həm daxildə, həm də xaricdə paralel təzyiq altında saxlayır.

İranı nə gözləyir?

Əgər ABŞ-İran böhranı yaxın dövrdə həll olunmasa, Tehran üçün bir neçə təhlükəli ssenari daha da aktuallaşa bilər: İqtisadi iflas riskinin böyüməsi, sosial partlayış ehtimalının artması, hakimiyyət daxilində açıq qarşıdurmalar, hərbi strukturların tam dominantlığı, regional təsir imkanlarının daha da zəifləməsi, dövlət idarəetməsində parçalanma prosesinin sürətlənməsi.
Hazırda İran tammiqyaslı çöküş mərhələsində olmasa da, böhranın uzanması ölkəni tədricən idarəolunan tükənmə və sistem aşınması mərhələsinə yaxınlaşdırır.

Tehran üçün ən böyük təhlükə isə məhz budur:
Birbaşa hərbi zərbədən daha çox, uzunmüddətli iqtisadi, siyasi və sosial aşınma nəticəsində sistemin daxildən zəifləməsi.

Mürtəza Bünyadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 İyun 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri