Icma.az
close
up
RU
İranı müharibəsiz məğlub etməyin yolu...

İranı müharibəsiz məğlub etməyin yolu...

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqtonda İranın ram edilməsinin müxtəlif variantları üzərində planlar hazırlanır. Ancaq hələ ki, nəticə yoxdur. Əksinə, Hörmüz boğazında raket və dronlarla vurulan, minalarla partladılan tankerlərin sayı azalmır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın “Hörmüz boğazı nəzarətimizdədir” açıqlaması həqiqəti əks etdirmir:

“Digər tərəfdən İranın ballistik raket istehsalını yenidən artırması da Vaşinqtonu narahat edir. İranın əvvəlki illərdəki kimi uranı zənginləşdirib-zənginləşdirmədiyi ilə bağlı dəqiq məlumat olmasa da, bu ölkənin mühafizəkarları son zamanlar İranın nüvə silahına malik olmasının əhəmiyyəti barədə açıqlamalar verirlər.

ABŞ-ın BMT-də keçmiş səfiri Nikki Heyli “Foks Nyus” telekanalına müsahibəsində İrana təzyiq yollarından birini göstərib. Onun fikrincə, Donald Tramp administrasiyası Çin və Honq-Konqda fəaliyyət göstərən kölgə bankçılıq şəbəkəsini hədəf almaqla İranın maliyyə mənbələrini məhdudlaşdırmağa nail ola bilər. Keçmiş səfir bu yolla İranın zəifləyəcəyi və bu halda müharibəyə ehtiyac olmayacağı qənaətindədir. Nikki Heyli hesab edir ki, İranın neft və pul axını Çinin bankları vasitəsilə həyata keçirilir və bu maşrutu bağlamaqla İran məğlub ola bilər.

Əlbəttə, Çinin dəstəyi olmadan İrandakı rejimin vəziyyəti ağırlaşacaq. Tehran Çinə satdığı neftin hesabına ballistik raket istehsalını və bölgədəki proksi qüvvələrini dəstəkləyə bilir. Pekinin isə Tehranla əməkdaşlıqdan imtina etmək fikri yoxdur. Donald Tramp Çin lideri Si Szinpinlə son görüşündən sonra belə bir bəyanat vermişdi ki, çinli tərəfdaşı da onun kimi Hörmüz boğazının açılmasını və İranın nüvə silahı əldə etməsinin əleyhinədir. Si Szinpinin belə bir mövqe sərgilməsinə baxmayaraq, Pekin İrandakı rejimin məğlubiyyətə uğradılmasına da imkan vermək istəmir. Buna görə də Çin İrandan neft alır, bu ölkəyə raket və dron istehsalı üçün çiplər göndərir. ABŞ-ın BMT-də keçmiş səfiri isə hesab edir ki, ABŞ Maliyyə Nazirliyi qətiyyətli addımlar atarsa, Çin İranla əməkdaşlıqdan imtina etmək məcburiyyətində qalacaq. Nikki Heylinin fikrincə, Çin İran naminə ABŞ-ın bank sisteminə çıxış imkanını itirmək istəməz: “Çinin bizə ehtiyacı İrana olan ehtiyacından daha çoxdur. Bizim təzyiq rıçaqlarımız var, onlardan istifadə edin, qərar verin və bu müharibəyə son qoyun”. Məsələ bu qədər sadə deyil. Tramp administrasiyası İran məsələsində Pekinə təzyiq etmək istəyib, ancaq nəticə olmayıb”.

Ekspertin fikrincə, Si Szinpin hakimiyyətə gəldikdən sonra Çinin xarici siyasəti daha fəal və genişmiqyaslı xarakter alıb:

“2013-cü ildə “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürən Si Szinpin bu çərçivədə xeyli ölkəyə səfər edib. Bu səfərlərin və layihənin məqsədi Çinin bölgədə iqtisadi və siyasi təsir imkanlarını artırmaqdır. Eyni zamanda Çin Cənubi Çin dənizində hərbi-dəniz qüvvələrini və hərbi baza şəbəkəsini sürətlə genişləndirib. Vaşinqtonun planı isə Avrasiya bölgəsində Çinin təsir gücünü zəiflətməkdir. Vaşinqtonun İranı ram etmə istəyinin səbəblərindən biri də budur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Noyabr 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri