Icma.az
close
up
RU
Mühəndis Zukerberqin 1,25 milyard dollarlıq iş təklifindən imtina edib

Mühəndis Zukerberqin 1,25 milyard dollarlıq iş təklifindən imtina edib

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Mark Zukerberq
Amerikalı milyarder Mark Zukerberqin bir süni intellekt mühəndisinə 1 milyard dollardan çox pul təklif etməsi və bunun qarşılığında rədd cavabı alması mediada çox böyük səs-küyə səbəb olub.
Reyting.az
xəbər verir ki, süni intellekt sahəsində çalışan istedadlı mühəndisə "Meta" şirkətində dörd illik iş müqabilində fantastik məbləğ - 1,25 milyard dollar təklif olunsa da, həmin şəxs bu təklifi rədd edib.
Bu barədə "Abel" adlı startapın təsisçisi, həmçinin iri korporasiyaların tənqidçisi kimi tanınan Daniyel Frensis məlumat verib.
Frensisin sözlərinə görə, bu, mühəndisin indiyədək eşitdiyi ən böyük iş təklifi olsa da, o, qətiyyən cavab verməkdə tərəddüd etməyib.
Mənbənin fikrincə, "Meta" bu sahənin ən qabaqcıl, həm də istedadlı mühəndislərindən birinin işə qəbulu üçün bu məbləği təklif edib. Lakin gözlənilmədən Zukerberqə rədd cavabı verilib. "Uşaqlar, axı nə baş verir?", - deyə Frensis “X” sosial şəbəkəsində təəccübünü gizlətməyib.
Onun sözlərinə görə, bu mühəndisə milyarder olmaq fürsəti yaransa da, təklifi nəzakətlə rədd edib.
Bu hadisə sosial şəbəkələrdə geniş əks-səda doğurub. İstifadəçilər oxşar halları bölüşüb və şirkətlərin süni intellekt sahəsindəki top mütəxəssisləri əldə etmək üçün nə qədər irəli getməyə hazır olduqlarını müzakirə ediblər. Eyni zamanda, şərh yazanlardan biri bu cür təkliflərin artıq "beynin mövcudluğuna verilən pul" olduğunu, konkret məhsul və ya layihə üçün yox, sadəcə, istedadın özü üçün edildiyini yazıb.
Məlumata görə, "Meta" şirkəti həqiqətən də "OpenAI" kimi nəhənglərin, həmçinin digər şirkətlərin mütəxəssislərini böyük maaşla öz tərəfinə çəkməyə çalışır. Hətta bu şirkətin süni intellekt mütəxəssisləri ilə müqavilə imzalamaq üçün 100 milyon dollaradək təklif etdiyi hallar da olub. Bu barədə "OpenAI"-nin baş direktoru Sem Altman da danışıb.
Xatırladaq ki, bir neçə gün öncə Altman Zukerberqi "dünyada ən böyük fırıldağın müəllifi" adlandırmışdı.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri