Mükafat məsələsində razılığa gəldilər
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa millisinin futbolçuları 2026-cı il dünya çempionatında qələbə qazanacaqları təqdirdə alacaqları mükafatın məbləği ilə bağlı ölkənin futbol federasiyası ilə razılıq əldə ediblər.
QOL.az xəbər verir ki, bu barədə RTL radiosunun jurnalisti Filip Sanforş məlumat yayıb.
Onun sözlərinə görə, Fransa Futbol Federasiyası (FFF) ilə yığma üzvləri arasında aparılan danışıqlar uğurla yekunlaşıb. Tərəflər dünya çempionatının startına 1 gün qalmış yekun razılığa gəliblər.
Bildirilib ki, müzakirələr zamanı futbolçuların ailə üzvləri üçün hər oyun üzrə ayrılacaq bilet sayı da əsas mübahisə mövzularından biri olub. Nəticədə bütün məsələlər üzrə kompromis əldə edilib.
Qeyd edək ki, Fransa millisi dünya çempionatında favoritlərdən biri hesab olunur və turnirə ABŞ-ın Boston şəhərində hazırlıqlarını davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 11 İyun 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















