Icma.az
close
up
RU
Hindistanda multikulturalizm ciddi sınaq qarşısındadır ŞƏRH

Hindistanda multikulturalizm ciddi sınaq qarşısındadır ŞƏRH

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Hindistan dünyanın dil, din və etnik mənsubiyyət baxımından ən rəngarəng ölkələrindən biridir. Bilinənin əksinə olaraq, bu ölkədə yalnız “hindli” adlanan xalq yaşamır. Hindistan Konstitusiyasına görə ölkədə 22 rəsmi dövlət dili mövcuddur. Lakin burada 400-dən çox dil və ləhcə danışılır. Bu fakt özlüyündə ölkədəki etnik çoxluğu və multikultural mühiti açıq şəkildə göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Təəssüf ki, Hindistanla bağlı ölkəmizdə kifayət qədər bilinməyən məqamlar var. Bunlardan ən önəmlisi isə Dehlinin “qırmızı xətti” hesab edilən Xalistan Hərəkatıdır. Hindistan Azərbaycan kimi multikultural ölkə olmasına baxmayaraq, hakimiyyətdə olan radikal millətçi “Bharatiya Canata” (BJP) partiyasının və Baş nazir Narendra Modinin apardığı siyasət ölkədəki fərqli dini inanclara mənsub şəxsləri və etnik azlıqları ciddi şəkildə narahat edir.

Daha çox islamofob mövqeyi ilə seçilən Narendra Modi son illərdə dünyanın beşinci ən böyük dini olan siqhizmə inananlara qarşı repressiyalara başlayıb. Vəziyyət o həddə çatıb ki, Modi hökuməti siqhləri təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda da təqib edir və sui-qəsdlərə məruz qoyur. Sonuncu belə hadisə 2023-cü ildə Kanadada baş verib.

Xalistan Hərəkatı Hindistanda siqhlər üçün müstəqil dövlətin yaradılmasına çağırır. Bu hərəkat bəzən separatçı kimi təqdim edilsə də, əslində beynəlxalq hüquqa tam uyğun olan və xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə uzlaşan bir mübarizədir. Üstəlik, bu hərəkat təsadüfi deyil, nəsillər boyu davam edən tarixi prosesin nəticəsidir.

Böyük Britaniya Hindistanı tərk edərkən regionda müsəlmanların Pakistan, hinduların isə Hindistan dövləti yaratmasına imkan verdiyi halda, siqhlərə bu hüquq tanınmayıb. Məhz buna görə siqhlər illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Hərəkat 1980-ci illərdə Hindistanın Pəncab əyalətində pik həddə çatıb. Lakin həmin dövrdə Hindistan silahlı qüvvələrinin keçirdiyi xüsusi əməliyyatlar hərəkatın ciddi şəkildə zəiflədilməsinə səbəb olub. Nəticədə yüzlərlə insan Kanada, ABŞ, Böyük Britaniya və Avstraliya kimi ölkələrə köçmək məcburiyyətində qalıb.

Hazırda siqh diasporunda olan şəxslər müstəqillik çağırışlarını daha da intensivləşdirir, referendumların keçirilməsi ilə bağlı müraciətlər edirlər. Modi hökuməti isə bu tələblərə repressiyalar və sui-qəsdlərlə cavab verir.

Bütün bunları nəzərə aldıqda, Bakıda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransın keçirilməsinin nə qədər mühüm və vacib olduğu bir daha aydın görünür.

Mən hələ 2024-cü ildən bu məsələnin Azərbaycanın da diqqətində olmalı olduğunu vurğulayırdım.

Siqhlər separatçı deyil. Onlar öz müqəddəratlarını təyin etmə hüququna malikdirlər. Hindistanda onlara qarşı sistemli təqib və repressiyalar tətbiq olunur. Bununla da kifayətlənməyərək, ölkə xaricində belə sui-qəsdlərə məruz qalırlar. Bakı bu məsələyə səssiz qalmamalıdır. Çünki Azərbaycan özü də uzun illər haqsızlıqlara və ikili standartlara məruz qalıb. Rəsmi Dehli torpaqlarımızın işğalı məsələsində susqun qaldığı kimi, Ermənistanı regionda silahlandıran və müharibəyə təhrik edən dövlətlərdən biri olub.

Siqh diasporu dünya miqyasında tanınır və ciddi nüfuza malikdir. Xüsusilə ABŞ-da yəhudi diasporundan sonra siqh diasporu ilə əməkdaşlıq 907-ci düzəlişin ləğvi baxımından Azərbaycan üçün müsbət dividendlər gətirə bilər.

Bakı Təşəbbüs Qrupu siqhlərə beynəlxalq platforma təqdim etməklə öz təsir gücünü və nüfuzunu daha da artıra bilər.

Siqhlərə verilən dəstək ölkəmizin beynəlxalq nüfuzu baxımından da müsbət addımdır. Bu, Bakının neokolonializmə və imperializmə qarşı açıq mövqeyinin növbəti bariz təzahürüdür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri