Icma.az
close
up
RU
Multikulturalizm Mərkəzində Zəfər Günü qeyd olunub

Multikulturalizm Mərkəzində Zəfər Günü qeyd olunub

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 8 Noyabr - Zəfər Gününə həsr edilən tədbir keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BBMM tərəfindən hazırlanan “Biz birlikdə güclüyük” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə son 200 ilin ən böyük qələbəsini qazandı. Bu qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Rəvan Həsənov diqqətə çatdırıb ki, Vətən müharibəsindəki Zəfərimizin arxasında duran ideya birlik, qardaşlıq idi. Çünki torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə dinindən, dilindən, mədəniyyətindən asılı olmayaraq, hər kəs “Dəmir yumruq” ətrafında birləşdi. Təsadüfi deyil ki, Şanlı Zəfərimizdən sonra Qarabağda, Şuşada keçirilən ilk mədəni tədbir xalqların birliyini tərənnüm edən “Xarı Bülbül” festivalı oldu. Bu gün Zəfər qazanmışıq, suverenliyimizi tam bərpa etmişik, lakin Azrbaycanın ərazi bütövlüyünü pozmaq istəyən qüvvələr yenə də öz məkrli mövqelərindən geri durmurlar. Bu səbəbdən Azərbaycan Respublikasının vətəndaşları dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq öz həmrəyliyini daim qorumalıdır.

Digər çıxış edənlər – Milli Məclisin deputatı Ceyhun Məmmədov, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Mənəvi Dəyrlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov, Vətən müharibəsi iştirakçıları polkovnik Rəşad Aslanov, mayor Şahin Əsgərov, baş leytenant Radif Mustafayev, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Elnur Əfəndiyev, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, Katolik kilsəsinin nümayəndəsi Yozef Marik Azərbaycanda yaşayan milli və dini icmaların nümayəndələrinin ölkəmizin inkişafı üçün bütün sahələrdə həmrəy olduqlarını vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan dövləti öz siyasətində multikultural dəyərləri hər zaman əsas tutur.

Zəfər Günü “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu dünyanın bir çox universitetlərində də qeyd edilib. Beləki, Yaponiyanın Hokkaydo, Türkiyənin Ərciyəz, Bolqarıstanın K.Oxridski adına Sofiya, Hindistanın Şri Şri, Rumıniyanın Aleksandr İoan Kuza universitetlərinin auditoriyalarında ayrıca olaraq Zəfər Gününə həsr edilən seminarlar keçirilib. Rumıniyanın Yassı Universitetindəki Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökuməti dövlət təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda Kliment Orxidski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva, Hindistanda Şri Şri universitetinin müəllimi Kənan Məmmədov və Türkiyədə Ərciyəz Universitetinin professoru Qafar Mehdiyev tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsi,  Şanlı Zəfərimiz haqqında ətraflı məlumat veriblər. Vurğulayıblar ki, 44 günlük Vətən müharibəsindəki zəfər, yalnız hərbi qələbə deyil, eyni zamanda Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və vətəninə olan dərin bağlılığının təntənəsidir. Xalqın, dövlətin və ordunun sarsılmaz iradəsinin, əzminin və qətiyyətinin təcəssümüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

16 İyun 2026 21:59see389

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see336

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see298

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see215

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see193

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü FOTO

16 İyun 2026 22:55see193

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see183

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see181

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see177

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see171

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see171

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırıldı

16 İyun 2026 23:02see165

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see164

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see163

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see161

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see160

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see158

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see152

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see149

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri