Icma.az
close
up
RU
Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub

Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi, talış icmasının təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında folklor tədqiqatçısı Fərbiyə Şabanovanın 85 illik yubileyinə və onun yaratdığı “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib.

525.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Bakı Beynəlxalq Multikuluralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək bildirib ki, Azərbaycan çoxəsrlik tarixə və zəngin mədəni irsə malik ölkə kimi, müxtəlif etnik icmaların harmonik şəkildə bir arada yaşadığı, multikultural ənənələrin qorunub saxlandığı nadir coğrafiyalardandır. Bu baxımdan, ölkədə yaşayan xalqların mədəniyyəti, dili və folkloruna xüsusi önəm verilir, uğurlu multikulturalizm siyasəti aparılır. Vurğulayıb ki, Azərbaycanda multikulturalizm siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Rəvan Həsənov diqqətə çatdırıb ki, talışların folkloru Azərbaycanın ədəbi-mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycanda yaşayan xalqların folklorunun, mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsi Azərbaycanın multikultural dəyərlərinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Talış icmasının ağsaqqalı professor İmamverdi Həmidov bildirib ki, folklor sadəcə ədəbi-bədii miras deyil, həm də kollektiv kimliyin, dilin və adətlərin yaşamasının əsas dayağıdır. Talış folkloru da bu xalqın topladığı ictimai-mədəni təcrübəni, inancları, həyat tərzini ifadə edən zəngin xəzinədir, talışların milli ruhunu yaşadan, onu nəsildən-nəslə daşıyan yaddaşdır.

Digər çıxış edənlər Milli Məclisin deputatları Anar İsgəndərov, Azər Badamov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, riyaziyyat üzrə fəlsəfə doktoru Hilal Məmmədov çıxışlarında qeyd ediblər ki, hər bir xalqın kimliyinin, keçmişinin və mənəvi dünyasının ifadə forması olaraq folklor böyük əhəmiyyətə malikdir. Azərbaycanda
yaşayan etnik azlıqların multikultural dəyərləri nəinki yaşadılır, eyni zamanda tanıdılır və dəyərləndirilir, çünki Azərbaycanda yaşayan hər bir etnik azlığın folkloru Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.

Tədbirin bədii hissəsində “Əvəsor”, “Hovəli”, “Nənələr”, “Babalar”, “Rəfte”, “Halay” folklor qrupları çıxış ediblər.
Sonda folklor tədqiqatçısı Fərbiyə Şabanova çıxış edib, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 22 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri