Icma.az
close
up
RU
Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə, Azərbaycan modeli” kitabı təqdim olundu

Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə, Azərbaycan modeli” kitabı təqdim olundu

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə ərsəyə gələn “Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli” adlı kitabın təqdimatı keçirildi. Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəclidir. 4 fəsil, 248 səhifədən ibarətdir. "Mədəni İnkişafın Təbliği" İctimai Birliyinin Maarifləndirici təşəbbüslər çərçivəsində “Dəyərlərimiz – vəhdətimiz: Multikulturalizm” layihəsi əsasında Azərbaycan və ingilis dillərində çap olunub.

Bakupost.az xəbər verir ki, əsərdə multikulturalizmin istər nəzəri (anlayış və mahiyyət, fəlsəfi və ideoloji əsaslar, multikultural dəyərlərin hüquqi-siyasi təməli), istər beynəlxalq təcrübə (tarixi inkişaf, ayrı-ayrı ölkələrdə tətbiqi və beynəlxalq qurumların multikultural siyasətdə iştirakı), istərsə də, Azərbaycan modelinə baxış (tarixi köklər, dövlət siyasətində yeri və rolu, üstünlükləri və beynəlxalq səviyyədə tanınması, əhəmiyyəti) çox vacib aspektlərdən təqdim olunub.

Təqdim olunan elmi əsər Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq ənənəsini təbliğ etməklə yanaşı, həm də dərs vəsaiti, metodik vasitə kimi istifadə oluna bilər.

Kitabın təqdimatında Mətbuat şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid giriş sözü ilə çıxış edərək tədbiri aparmaq üçün sözü şair, tərcüməçi, publisist, AYB İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənliyə verdi. Xalq yazıçısı, AYB sədrinin birinci müavini Çingiz Abdullayev kitabın, həmçinin ingilis dili versiyasını da oxuduğunu dedi və təqdirəlayiq, uğurlu bir işin ortaya qoyulduğunu qeyd etdi. Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva, Azərbaycanın Əməkdar jurnalisti, şair, tərcüməçi, ədəbiyyat tənqidçisi Adil Cəmil, Bakı Beynəlxalq Multikulturalogiya Mərkəzində şöbə müdiri Yadigar Məmmədli, Tarix elmləri doktoru, professor, “Dərbənd” xeyriyyə cəmiyyətinin sədri Nurulla Əliyev, ”Dodo” qəzetinin redaktoru, yazıçı, jurnalist İradə Məlikova, Avstraliyalı musiqiçi, kontrabas ifaçısı, bəstəkar, pedaqoq, Fəlsəfə doktoru Con Varney, Ü.Hacıbəyli adına BMA-nın baş müəllimi, Niyazi adına Dövlət simfonik orkestrinin ifaçısı, şair Lalə Muxtarova, qəzəlxan şair Mahcamal Babayeva, Cənubi Azərbaycan şairi Yaqoob Osili, şair, tərcüməçi Giya Paçxataşvili, şairlər Arzu Nehrəmli, Aysel Xanlarqızı, Rəfael Tağızadə, Tapdıq Əlibəyli, Rəfael Həbiboğlu, müəllimə, bəstəkar, ifaçı Vəfa Hüseynova çıxış edərək kitab haqqında xoş sözlər dedilər.

Tədbirdə həmçinin Az. Respublikası Kimya İnstitutunin Beynəlxalq Əməkdaşlıq sektorunun nümayəndələri, İctimai Birlik rəhbərləri, şairlər, yazıçılar, ziyalılar və s. iştirak etdilər. İştirakçılara Azərbaycan və ingilis dilində kitablar paylandı.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 İyun 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri