Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Azərbaycanın unikal multikulturalizm modeli dünyaya təqdim olunur

Azərbaycanın unikal multikulturalizm modeli dünyaya təqdim olunur

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Dünyada az sayda ölkə tapılar ki, Azərbaycan kimi multikulturalizmi beynəlxalq səviyyədə güclü şəkildə təşviq etsin. Artıq respublikamızın məmnuniyyətlə ev sahibliyi etdiyi multikulturalizmlə bağlı platformalar bütün dünyada tanınır və qəbul edilir.

Bunun təsdiqi olaraq elə bugünlərdə cari ilin oktyabrında Bakıda təşkil olunacaq VII Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar Almaniya ictimaiyyətini və media mühitini məlumatlandırmaq məqsədilə Azərbaycanın Almaniyadakı səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təqdimat keçirilib. Almaniyanın bir sıra media qurumlarının nümayəndələrinin iştirak etdikləri tədbirə tanınmış jurnalist Evald Köniq moderatorluq edib.

Dünya çətin sınaqla üz-üzə

Hazırda dünya çox çətin bir dönəmdən keçir. İlk baxışda internet əsrində yaşadığımıza görə dünya daha əlaqəli görünür, reallıq isə tamam fərqlidir, əslində, parçalanmanın getdikcə daha geniş miqyas aldığı müşahidə olunur. Səngimək bilməyən müharibələr, iqlim dəyişmələri xalqları ciddi sınaqlarla üz-üzə qoyub. Dünyanın olduqca narahat mənzərəsinin digər bir mühüm əlaməti mədəniyyətlərarası dialoqla bağlıdır. Bir sıra hallarda sivilizasiyalararası qarşıdurmaların müşahidə edilməsi son dərəcə kədərli təəssüratlar oyadır. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır.

Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya predmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan “qoca qitə”də bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, islamafobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə alovlanan münaqişələrin və müharibələrin ssenariləri bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olamaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa ölkələrinin payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir ki, bu da qəbuledilməzdir.

Azərbaycanın tarixi ənənəsi

Təqdimat mərasimində Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək ölkəmizin əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində birgə yaşadığı unikal multikulturalizm modeli olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanın bu zəngin daxili təcrübəsini qlobal müstəviyə daşıyaraq, sivilizasiyalararası dialoqa xidmət edən və beynəlxalq səviyyədə yüksək qiymətləndirilən Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi nüfuzlu təşəbbüslərin müəllifi olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, qlobal geosiyasi gərginliklərin artdığı müasir dövrdə Bakıda təşkil olunan bu forumlar fərqli mədəniyyətləri vahid platformada birləşdirməklə dünyada sülh, barışıq və anlaşma mühitinə əvəzolunmaz töhfələr verir.

Tolerantlığın idealist yanaşma olduğunun və iflasa uğradığının təqin edildiyi bir dövrdə  Azərbaycanın multikulturalizmi cəsarətlə təşviq etməsi heç də təsadüfi deyil. Prezident İlham Əliyev ölkəmizin bundan əvvəl ev sahibliyi etdiyi və “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi nitqində bunu şərtlləndirən bir sıra mühüm amillərə diqqət çəkərək ölkəmizin mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ölkənin müasir mənzərəsi

Respublikamızda tarixdən gələn tolerantlıq ənənələri bu gün də davam etdirilir. Son illərdə paytaxt Bakıda və regionlarda İslam dininə aid abidələr yüksək səviyyədə təmir edilərək onlara ikinci həyat verilib. Hazırda Heydər Əliyev Fondu qurumun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış abidələrin bərpasını həyata keçirir.

Lakin respublikamızda tarixi-dini abidələrə belə diqqət və qayğı yalnız İslam dininə aid məscidləri əhatə etmir. Digər dinlərə aid abidələrə də eyni həssas münasibət bəslənilir. O cümlədən, ölkəmizdəki xristian icması Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir və bu icmaya məxsus tarixi mədəni-dini abidələr dövlət tərəfindən qorunur. Bakıdakı Rus Pravoslav Baş Kafedral kilsəsinin (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), “Xilaskar” Yevangelik-lüteran kilsəsinin, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsinin dövlət tərəfindən təmir edilməsi buna misaldır. Eləcə də Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. Fond tərəfindən Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində aparılan əsaslı təmir işləri tamamlanıb. Otuz illik işğal dövründə Ermənistandakı və zəbt olunmuş ərazilərimizdəki abidələrimiz vəhşicəsinə dağıdılıb və təhqirlərə məruz qalıb. Buna baxmayaraq, Bakının mərkəzi hissəsində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunur. Burada erməni dilində 5 min qədim kitablar da mühafizə edilərək saxlanılır.

Çox mühüm beynəlxalq platforma

Təqdimat mərasimində çıxış edən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İsa Məmmədov Bakı prosesi və oktyabrda keçiriləcək VII Mədəniyyətlərarası Dialoq Forumu barədə geniş təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, 2008-ci ildə əsası qoyulan Bakı prosesi mədəniyyətlərarası dialoqu gücləndirən nüfuzlu qlobal platformaya çevrilib.

Bakı prosesinin təşəbbüsü Prezident İlham Əliyevdən gəlib. Burada əsas ideya Şərq-Qərb dialoqunu təşviq etməkdir və Azərbaycan Bakı prosesi vasitəsi ilə buna uğurla nail olur. Belə ki, dünyada ilk dəfə paytaxtımızda Qərbi və Şərqi təmsil edən beynəlxalq təşkilatların nümayəndələrinin birgə iştirakı ilə tədbirlər təşkil olunub və faydalı müzakirələr aparılıb. Bu, təhdidlərlə üzləşən dünya üçün gözəl nümunədir.

Sonradan bu təşəbbüs daha da genişləndirilib. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə paytaxtımızda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci, 2019-cu və 2024-cü illərdə təşkil olunub. Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər şəxslər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən altı forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və Bakı prosesi mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyul 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri