Icma.az
close
up
RU
Azərbaycanın multikulturalizm modeli Rabatda beynəlxalq konfransda təqdim olunacaq AZƏRTAC

Azərbaycanın multikulturalizm modeli Rabatda beynəlxalq konfransda təqdim olunacaq AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və ölkəmizin Mərakeş Krallığındakı səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə müxtəlif cəmiyyətlərdə sülh və birliyin möhkəmləndirilməsinə dini dəyərlərin təsiri, dini dözümlülüyə maneələrin aradan qaldırılması yolları, dinlərarası harmoniyaya dəstək verə biləcək təşəbbüslərlə bağlı müzakirələr aparılacaq. Konfransda, eyni zamanda, Azərbaycanın dini tolerantlıq modeli və birgəyaşayış ənənələrini təmin edən qanunvericilik bazası haqqında məlumat veriləcək.

Tədbirdə Azərbaycan Respublikası və Mərakeş Krallığının dövlət və hökumət qurumlarının, beynəlxalq təşkilatların, diplomatik korpusun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, dini liderlər, siyasətçilər, alim və tədqiqatçılar iştirak edəcəklər.

Konfrans çərçivəsində Azərbaycanın multikulturalizm ənənələrini, tarixi və dini abidələrini əks etdirən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı fotosərgi nümayiş etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:306
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri